Türkiyədə hotel qiymətlərinin artması Azərbaycanın turizm sektoruna nə vəd edir? - FOTO

Türkiyədə hotel qiymətlərinin artması Azərbaycanın turizm sektoruna nə vəd edir? - FOTOTürkiyədə hotel qiymətlərinin artması Azərbaycanın turizm sektoruna nə vəd edir? - FOTO
Türkiyədə hotel qiymətlərinin artması bu ölkədə dincəlmək istəyən Azərbaycan vətəndaşlarının qərarına və büdcəsinə təsir edir.
Bunu "Report"a açıqlamasında Turizm Peşəkarları Təşkilatının sədri Ceyhun Aşurov bildirib.
"Ümumdünya Turizm Təşkilatının qiymətləndirməsinə əsasən, koronavirus (COVID-19) pandemiyasından sonra dünyada hər turistin orta xərci 50%-ə yaxın artıb. Türkiyədə də təklif olunan turizm paketlərinin (gecələmə, qidalanma) qiymətlərində 30-50% artım müşahidə edilir. Səyahət planlaşdıran bizim vətəndaşlar da bu qiymətləri müqayisə edirlər və təbii ki, kəskin fərq varsa, alternativ variantları araşdırırlar. Bunlar, ölkə daxilində və yaxud digər qonşu ölkələrə səyahət ola bilər", - deyə o qeyd edib.
"Türkiyəyə səfərlə bağlı insanların qərarına təsir edən həm də fevralda orada baş vermiş dağıdıcı zəlzələdir. Mediada yenidən zəlzələ olacağına dair yayılan xəbərlər insanların qərarlarına, turizm rezervlərinə və səyahətlərin planlaşdırılmasına təsir edib. Bu ölkəyə səfərlərlə bağlı tərəddüdlərə baxmayaraq, Türkiyə dünyanın hər yerindən turist cəlb edən ölkədir, ilk 10-luqdadır, o cümlədən Azərbaycan üçün ən üstün turizm destinasiyalarından biridir. İnsanlarımız istirahət məqsədi ilə daha çox Türkiyəyə gedirlər", - deyə C.Aşurov əlavə edib.
"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri, eyni zamanda "Azərbaycan Ekoturizm Assosiasiyası"nın İcraçı direktoru Samir Dübəndi isə deyir ki, yerli turizm sektoru hələ ki Türkiyə hotellərindəki bahalaşmadan təsirlənməyib. Onun fikrincə, qiymət artımlarının kökündə səyahət üçün seçim imkanları məhdudlaşan Rusiya vətəndaşlarının Türkiyəyə axınının artması dayanır.
Türkiyədə hotel qiymətlərinin artması Azərbaycanın turizm sektoruna nə vəd edir? - FOTO"Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı statistikaya görə, bu ilin yanvar-fevral aylarında Rusiyadan Türkiyəyə 507 513 nəfər səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Bundan başqa, Almaniyadan Türkiyəyə turist axını güclənib. Qonşu ölkədəki inflyasiyanı da nəzərə almaq lazımdır", - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Türkiyədə qiymətlərin artmasından gəlmə turizmi inkişaf etdirmək üçün yararlana bilər:
"140 milyondan artıq əhalisi olan qonşu ölkənin turist potensialından daha səmərəli istifadə etmək mümkündür. Bunun üzərində çalışmağa dəyər".
Azərbaycanın turizm şirkətlərinin birinin rəhbəri Əziz Şiriyev də deyir ki, Türkiyə hotellərindəki bahalaşma Azərbaycan vətəndaşlarına elə də təsir etməyib. Amma Azərbaycanın turizm sektoru bundan faydalana bilər.
"Azərbaycandan Türkiyə gedənlər artıq erkən rezervasiya ediblər. Onlara qiymət artımı təsir edə bilməz. Bizim vətəndaşlar vaxtilə qiymətlər aşağı olanda bron ediblər və hissə-hissə köhnə qiymətlə ödəyirlər. Hazırda isə Türkiyədəki qiymət artımları və bir müddət əvvəl baş vermiş zəlzələyə görə qonşu ölkəyə getmək istəyənlərin sayı azalıb. Bu da Azərbaycana turist cəlb etməyə imkan verə, yerli turizm sektorunun inkişafına səbəb ola bilər". / oxu.az

Turizm       Tarix: 04 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. Qazaxıstanın ən böyük aviaşirkəti "Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. -ın məlumatına görə, bu barədə aviaşirkətin mətbuat xidmət

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. Bu barədə "Azərbaycan Hav

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfində

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO. Bakı "Destination Dupes"un reytinq siyahısında ilk beşliyə daxil olub, həmçinin "Instagram", "TikTok"


son xeberler yeni xeberler azerbaycan xeberleri sou biznes meherremlik 2026 valyuta mezennesi banklar kriminal xeber