Türkiyədə ŞİDDƏTLİ ZƏLZƏLƏ - Ərdoğandan ilk açıqlama
Türkiyənin İzmir şəhərində güclü zəlzələ olub.
Publika.az xəbər verir ki, 6,6 bal gücündə qeydə alınan zəlzələ nəticəsində 6 yaşayış binasına ciddi zərər dəyib.
Yerli vaxtla saat 14:51-də meydana gələn zəlzələ İstanbulda da hiss edilib.
Kandilli Rəsədxanası zəlzələnin şiddətinin 6,8 bal olduğubu açıqlayıb.
Yerin 16,5 km dərinliyində olan yeraltı təkanlar 15 saniyə davam edib.
İzmirin bələdiyyə sədri Tunç Soyer bir neçə çoxmənzilli binanın çökdüyünü açıqlayıb.
Səfərhisarda dəniz səviyyəsi yüksəlib.
Avterşokların davam etdiyi bildirilir.
Daxili işlər naziri Süleyman Soylu Bornova və Bayraklı bölgələrində 6 binanın çökdüyünə dair xəbər aldıqlarını açıqlayıb.
Ətraf mühit naziri dağıntılar altında qalanların olduğunu bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hadisə ilə bağlı ilk açıqlamanı sosial media hesabından verib: "İzmirdə meydana gələn zəlzələdə zərər çəkən bütün vətəndaşlarımıza keçmiş olsun. Dövlətimizin bütün imkanları ilə zərərçəkənlərin yanındayıq. Aidiyyəti bütün qurumlarımızla, nazirlərimizlə bölgədə lazımi işlərə başlamaq üçün hərəkətə keçdik".
Zümrüd
f PaylaşTurlar.az [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək