Türkiyədən Ermənistana dəstək, Azərbaycana köstək…

Türkiyədən Ermənistana dəstək, Azərbaycana köstək…Ermənistan və Türkiyə sərhədində "Marqara" keçid məntəqəsinin açılması Bakıda açıq suallar yaratdı: Ankara-İrəvan xəttində gizli danışıqlar nədən ibarətdir, niyə bu haqda rəsmi Bakıya məlumat verilməyib?
KONKRET.az Demokrat.az-a istinadla xəbər verir ki, Türkiyə-Ermənistan sərhədinin açılması məsələsi Qarabağın işğalı dövründə rəsmi Ankaranın "qırmızı xətti" olub. Qarabağın azad edilməsindən sonra da bu siyasətdə dəyişikliyin olmadığı müşahidə edilirdi. Bakı və Ankaranın regionun gələcəyi ilə bağlı gündəliyi də eynidir. Amma son dövrlər Ankara-İrəvan xəttində Bakıya qarşı gizli bir prosesin baş verdiyi müşahidə edilir.
Türkiyə və Ermənistan rəsmiləri sərhəddə görüşlər keçirir, "Marqara" keçid məntəqəsini ziyarət edir, Paşinyan Ankaraya "isti mesajlar" verir. Sonuncu dəfə türkiyəli jurnalistlərin Ermənistanın istəyi ilə Ankaraya səfər etməsi və Paşinyandan "sülh göyərçini" düzəltməsi xüsusilə diqqət çəkdi.
Bu prosesin davamında "Maraqara" keçid məntəqəsinin açılması Ankara və İrəvanın Bakıdan xəbərsiz gizli danışıqlar apardığının təkzibolunmaz nümunəsi hesab oluna bilər.
Narahatedici məqan odur ki, Türkiyəli rəsmilər məsələyə hələ də münasibət bildirmirlər, Ermənistan isə "bu addıma görə türkiyəli həmkarlarına" təşəkkür edir. Bu, keçid məntəqəsinin açılışında Ankaranın rəsmi şəkildə "xeyir-dua" verdiyinin təsdiqidir.
Keçid məntəqəsinin "Ermənistandan Suriyaya humanitar yardım" aparılması məqsədilə açıldığı iddiası diletant gedişdir və bəllidir ki, bununla Bakıdan gizli aparılan danışıqları, eləcə də əldə olunan razılaşmaları ört-basdır etməyə çalışırlar. Amma bu, "dəvəquşu effekti"ndən başqa bir şey deyil, çünki hər şey ortadadır.
Türkiyədə Azərbaycan olmadan Ermənistanla münasibətlərin normallaşması, sərhədin açılması ideyası hələ Qarabağın işğalda olduğu dövrlər də gündəmə gəlib.
Vaxtilə Sürix protokollarının imzalanması, Xocalı qatili Serj Sarisyanla aparılan "futbol diplomatiyası" uzaq tarixin hadisəsi deyil. Lakin Bakıya qarşı diplomatik separatizmin qarşısı alındı və Azərbaycan-Türkiyə münasibətlərindəki problemlər aradan qaldırıldı.
Qarabağ müharibəsində sərgilənən möhtəşəm qardaşlıq nümunəsi, Şuşada imzalanan strateji müttəfiqlik bəyannaməsi, Türkiyənin bütün çətin günlərində Azərbaycanın ilk yardıma çatması və bu kimi çoxsaylı nümunələr qardaşlığımızın sarsılmaz olduğunu təsdiq edir. Amma Emənistanla əldə olunan gizli razılaşma göstərdi ki, qardaşlığımızın sarsılmazlığına Azərbaycanda daha çox inam var imiş, nəinki Türkiyədə.
Keçid məntəqəsinin açılması o deməkdir ki, vaxtilə Türkiyədə Azərbaycana qarşı olan mövqe indi rəsmi səviyyədə dəstəklənir. Hərçənd ki, bu nə qardaşlıq haqqına, nə də Şuşa Bəyannaməsinə uyğun deyil.
Bu, qardaş Türkiyənin milli maraqlarına da ziddir. Çünki "Marqara" keçid məntəqəsinin açılması Ermənistan üçün nəfəslik rolunu oynayacaq və həm Türkiyənin, həm Azərbaycanın, həm də türk dünyasının gələcəyi üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizi layihəsini axa plana keçirəcək. Məgər Türkiyədə bunu anlamırlarmı?!
Ankarada anlamırlarmı, "nəfəslik" verdikləri Ermənistan konstitusiya səviyyəsində Türkiyəyə qarşı ərazi iddiaları irəli sürür və imkan əldə etsələr, Türkiyənin şərq bölgələrini işğal edəcəklər!? 
Azərbaycanın Ermənistana qarşı irəli sürdüyü əsas şərtlərdən biri məhz belə iddiaların konstitusiyadan çıxarılmasıdır. Bakıda Türkiyənin milli maraqlarını daha çox düşünürlər, nəinki Ankarada. Baş verənlər fonunda əsas diqqətçəkən məqamlardan biri də Türkiyənin türk dünyasının gələcəyi məsələsinə lazımi dəstəyin verməməsidir.
Azərbaycan bu məsələdə faktiki olaraq aparıcı rol oynayır. Prezident İlham Əliyev Türkiyədən Mərkəzi Asiyaya qədər uzanan coğrafiyada birliyin məhkəmlənməsi istiqamətində mühüm addımlar atır. Zəngəzur dəhlizi də bu planın tərkib hissəsidir. Türkiyənin Ermənistanla keçid məntəqəsini açması isə məhz türk dünyasının gələcəyinə qarşı atılmış addımdır!

Siyasi       Tarix: 22 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind


azerbaycan xeberleri yeni xeberler son xeberler az xeber cəbhədən yeni xəbərlər şou biznes xəbərləri kriminal xeber