Türkiyədən Rusiyaya uçuşların tarixi açıqlandı
Türkiyədən Rusiyaya aviuçuşlar həyata keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu məlumat verib.
O bildirib ki, Rusiya ilə uçuşların 1 avqustdan Ankara və İstanbul, 10 avqustdan isə tətil bölgələri - Antaliya, Bodrum və Dalamana reallaşdırılacaq.
Nazir bildirib: "İki ölkə arasında aparılan danışıqlar çərçivəsində Rusiya beynəlxalq uçuşlara 1 avqustdan başlayır. İlkin mərhələdə Rusiyanın Moskva, Sankt-Peterburq, Rostov-Don şəhərləri ilə Türkiyənin Ankara və İstanbul şəhərləri arasında səfərlər reallaşdırılacaq. Rusiya ilə Türkiyənin tətil bölgələri havalimanlarına uçuşlar isə 10 avqustdan başlayacaq. Rusiyanın Moskva, Sankt-Peterburq, Rostov-Don şəhərlərindən Türkiyənin Antaliya, Bodrum və Dalaman şəhərlərinə tarifli və çarter uçuşları olacaq.
Rusiya ilə Türkiyə arasında uçuşların başlanmasını hər iki ölkə səbirsizliklə gözləyir.
Rusiyaya gedən sərnişinlər ən gec 3 gün əvvəldən PCR metoduyla "Covid-19" testindən keçməlidir. Onlar həm də ingilis və ya rusca anket doldurmalıdır. Mənfi PCR testini təsdiq edən hər hansı bir sənəd olmadan təyyarəyə minməyə icazə verilməyəcək.
1 avqustdan Türkiyə Rusiyadan başqa Küveyt, Hindistan və Cənubi Afrika uçuşlarına da başlayacaq. Epidemiyanın vəziyyətinə görə Tunis, Əlcəzair, Misir, Qırğızıstan, İraq, Keniya və Özbəkistan uçuşları da başlanma sırasındadır."

Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu
Rejim dəyişikliyi yoxsa hakimiyyətin xilası? – İranda nələr baş verir?
Fərhad Mehdiyevin qızı faciəvi şəkildə həyatını itirdi
Ağ Ev yaxınlığında HƏYƏCAN - Hücum edildi
Əməkdar mədəniyyət işçisi ağır qəzaya düşdü - Fotolar
DÇ-2026: Argentina və Fransa mübarizəyə qoşulur
Fransa və Argentina mübarizəyə qoşulur - DÇ-nin təqvimi
Türkiyədə avtomobilin dərəyə aşması nəticəsində 3 uşaq ölüb
Avropa Liqası: "Qarabağ"ın rəqibi bəlli olacaq
Mən olmasaydım, İsrail mövcud olmazdı - Tramp
ABŞ bu ölkədə silah anbarı tikir
SON DƏQİQƏ! ABŞ–İran anlaşmasının TAM MƏTNİ
SON DƏQİQƏ! İranda şok: İnsanların evinə basqın edildi
Medina "Qarabağ"dan getdi
Cavid Hüseynov bu klubun baş məşqçisi oldu