Türkiyədən Şuşa Bəyannaməsi ilə bağlı AÇIQLAMA
Şuşa bəyannaməsi xalqlarımızın gələcəyi üçün çox önəmlidir, belə ki bu bəyannamə ilə Azərbaycan və Türkiyə arasında olan əlaqələr daha fərqli bir müstəviyə çıxır.
KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasından bildiriblər.
"Şuşa bəyannaməsi Azərbaycan və Türkiyə əlaqələrinin dünəninin, bugününün bütün sahələrini əhatə edərək bu əlaqələri sağlam təməlləri üzərində gələcəyə aparan bəyannamədir", – deyə administrasiyadan bildirilib.
Prezident Administrasiyasından onu da qeyd ediblər ki, bəyannamayə əsasən Azərbaycan və Türkiyə Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər.
Xatırladaq ki, ötən il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə parlamentləri tərəfindən təsdiqlənib.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var