Türkiyəli ekspert: "Ermənistanda uşaqları terror təşkilatına cəlb edirlər
Türkiyəli siyasi ekspert Deniz Atasoy Ermənistanda uşaqların terror təşkilatına cəlb olunduğunu deyib.
azxeber.com report-a istinadən xəbər verir ki, bunu D.Atasoy Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Türk Dünyasının gələcəyinə həsr olunmuş beynəlxalq Turan konfransında çıxışı zamanı deyib.
Ekspert qeyd edib ki, dünya gözlərini haqsızlığa qarşı yumur.
O bildirib ki, ermənilər daim terrorçulardan geniş istifadə ediblər: "Onlar bunun üçün müxtəlif terror təşkilatları ilə işləyirlər".
Ekspertin sözlərinə görə, bu gün terrorizm dünyada geniş yayılıb: "Bu məsələ beynəlxalq təhlükəsizliyə təhdid yaradır. Ona görə də terrorizmə qarşı ciddi mübarizə aparılmalıdır".
D.Atasoy qeyd edib ki, terrorizm hər ötən gün güclənir: "Məsələn, VOMA Ermənistanın terror təşkilatıdır. 2014-cü ildə yaradılıb. Bu təşkilatın terror təşkilatı olduğunu qəbul etməyimiz üçün kifayət qədər dəlil var. Yəni onun sırf humanitar xarakterli olduğuna dair iddialar əsassızdır".
Ekspert vurğulayıb ki, bu təşkilatın fəaliyyətində Azərbaycan və Türkiyəyə qarşı aqressiya xüsusi yer tutur: "16 yaşdan yuxarı gənclər bu təşkilata cəlb olunur. Uşaqların təşkilata cəlb olunması sosial media vasitəsilə manipulyasiya aparılır".

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda