Türkiyəli nazir: 'Xarici səfərlərdə Ərdoğandan Azərbaycanla bağlı xahişlər edirlər

Türkiyəli nazir: 'Xarici səfərlərdə Ərdoğandan Azərbaycanla bağlı xahişlər edirlərTürkiyənin kənd təsərrüfat və meşəçilik naziri Vahit Kirişçi bu ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğandan xarici səfərlərdə Azərbaycanla bağlı edilən xahişlərdən danışıb.
Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir.
Vahit Kirişçi Prezident Ərdoğanı bir sıra xarici səfərlərində müşayiət etdiyini vurğulayaraq, bəzi dövlətlərin rəsmilərinin onlardan öz ölkələri ilə bağlı xahişlərindən danışıb: "Bizə deyirlər ki, sizin Putin (Rusiya Prezidenti Vladimir Putin-red) və Rusiya ilə yaxşı münasibətiniz var, lütfən, təbii qazımızı kəsməsinlər, kəssələr, donarıq. Azərbaycan sizin dostunuz və qardaşınızdır, bizim idxal etdiyimiz yanacağın klapanını bağlamasınlar - deyirlər".
O, Türkiyə hakimiyyətinin 2002-ci ildən müdafiə sənayesinə böyük əhəmiyyət verdiyini vurğulayıb: "Müdafiə sənayesinə verdiyimiz önəm sayəsində bu gün yerli istehsalı yüzdə 80 faizə çatdırmışıq, cəmi 20 faizi qalıb. Hər kəs indi özümüzün döyüş təyyarəmizin nə vaxt uçuş zolağından qalxacağını və ya enəcəyini gözləyir, çünki dünyada İHA və SİHA (silahlı və silahsız pilotsuz uçuş aparatları-red) istehsal edən azsaylı ölkələrdən birinə çevrilmişik".
Nazir Rəcəb Tayyib Ərdoğanın gənclərə dəyər və önəm verdiyini vurğulayıb. Vahit Kirişçi qeyd edib ki, düzgün siyasət, düzgün mövqe Türkiyəni bu cür güclü vəziyyətə gətirib: "Biz NATO-nun üzvü və iki nömrəli ölkəyik, lakin digər tərəfdən Aİ ilə danışıqlar prosesindəyik. Həm NATO, həm də Aİ Ukrayna tərəfində olduğu halda biz birini digərindən seçə bilmərik, hər ikisi bizim dostumuzdur və qonşu ölkələrdir". / azxeber.com

Siyasi       Tarix: 25 sentyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun bugünki xəbərlər bu gune olan xeberler beynelxalq bank mezenne