Türkiyəni diz çökdürə bilməyəcəklər - Ərdoğan
"İzmirdəki zəlzələ nəticəsinə indiyə qədər 58 nəfər həyatını itirib, 896 yaralımız var. Zəlzələdən zərər görən izmirli qardaşlarımızın yaralarına soyuq və yağışlar təsir etmədən müalicə və kömək etməkdə qərarlıyıq".
Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) 19 May Stadionunda təşkil edilən Samsun 7-ci Fövqəladə Konqresində danışarkən deyib.
Türkiyə prezidenti qeyd edib ki, qarşımızda son əsrin ən güclüləri var və güclərini zülmə, qan tökməyə, hiylə və təzyiqlə cəmiyyəti istismara borclu olan bu zalımlara artıq oyunun dəyişdiyini qəbul etdirmək asan deyil: "Keçmişdə uzun müddət ölkəmizi istədikləri kimi idarə etmək üçün istifadə etdikləri üsulları əllərindən aldıq. Bizim dövrümüzdə də eyni oyunları oynadılar, amma həmişə məyus oldular. Yardım istəyən hər kəsə əl uzatdıq, bu dünyada alan əl deyil, verən əl olmaq üçün var olduğumuzu isbat etdik. Türkiyəni ələ ala bilmədilər, terrorla diz çökdürə bilmədilər, təhdidlə, embarqolarla zəiflədə bilmədilər. Türkiyəni iqtisadiyyatla da diz çökdürə bilməyəcəklər. Apardığımız mücadilədə Türkiyə siyasi və iqtisadi olaraq ən nəhənglər sırasında yer alacaq".
Akqabay
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək