Türkiyənin baş konsulu: "Naxçıvan türk dünyasının bir araya gəlməsində önəmli rol oynayacaq
"Naxçıvan türk dünyasının bir araya gəlməsində önəmli rol oynayacaq".
azxeber.com xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya deyib.
O qeyd edib ki, Türkiyə və Azərbaycan tarix boyu bir-birinə dəstək olublar:
"Bunun ən böyük örnəyinə Qarabağ müharibəsində və Türkiyədə baş vermiş zəlzələ zamanı şahid olduq. Sevincdə və kədərdə birlikdə olmağın qürurunu yaşayırıq. Türkiyənin güclənməsi Azərbaycanın da güclənməsi deməkdir. Bizim 100-cü ildönümümüz eyni zamanda Azərbaycanın da 100-cü ildönümüdür. İnşallah bu yüzillik türk dünyası əsri olacaq. Türkiyə və Azərbaycanın rəhbərliyində bütün türk dünyası bir araya gələrək böyük birlik yaradacaq. Bunun yolu isə Naxçıvandan keçir".
Diplomatın sözlərinə görə, Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan və Türkiyə bir-birinə qovuşacaq: "Türk dünyası yenidən dirçələcək. Buna ürəkdən inanırıq. Naxçıvan bu mənada çox önəmli rol oynayacaq. Naxçıvanın gələcəyi çox parlaqdır".

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ