Türkiyənin bu hərəkəti bizi MƏYUS ETDİ - Ukrayna XİN
Oğurlanmış Ukrayna taxılını daşıyan Rusiya gəmisi Türkiyə limanını tərk edib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, çərşənbə günü, iyulun 6-da axşam saatlarında Ukraynada oğurlanmış taxılla Rusiya bayrağı altında "Jibek Joli" yük gəmisi Türkiyənin Şimal-Qərb limanından Karasudan çıxıb.
Qəbuledilməz vəziyyətə görə, Türkiyə səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.
"Xarici İşlər Nazirliyi və Ukraynanın beynəlxalq tərəfdaşları Rusiya Federasiyasının Ukrayna ərazisindən taxıl oğurlamaq və xarici ölkələrə ixrac etmək üzrə cinayət əməllərini pisləyir. Xüsusilə dəhşətli hadisə işğal olunmuş Berdyanskdan oğurlanmış taxılı Rusiyanın "Jibek Joli" gəmisinin Türkiyənin Karasu limanına aparması olub", – məlumatda deyilir.
Ukraynanın operativ müdaxiləsi sayəsində bu gəmi oğurlanmış taxılı boşalda bilməyib və saxlanılıb. Gəminin və yükün həbsi üçün Türkiyə tərəfinə sorğu göndərilib.
"Eyni zamanda, Ukrayna tərəfinin müraciətinə məhəl qoymayaraq, iyulun 6-da axşam gəmi buraxılıb. Ukrayna tərəfi bu məlumatı dərin məyusluqla qəbul edib və vəziyyətin təcili surətdə araşdırılması tələbi ilə Türkiyə tərəfinə müraciət edib. Ukraynanın müvafiq orqanlarının sorğularına hərtərəfli cavab vermək, həmçinin gələcəkdə oxşar halların qarşısını almaq üçün tədbirlər görülməsini tələb edib", – deyə nazirlik əlavə edib.
Xuraman Etibarlı,
KONKRET.az

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?