Türkiyəyə getmək istəyən turistlərin NƏZƏRİNƏ
Türkiyə əcnəbi vətəndaşlara verilən turistik oturum icazələrinin verilməsini dayandırıb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumat Türkiyə hökumətinin miqrasiya məsələləri üzrə yeni tədbirlər planında öz əksini tapıb.
Qeyd olunub ki, 10 fevral 2022-ci il tarixindən sonra Türkiyəyə səfər edən əcnəbi vətəndaşlar, əvvəlcədən aldıqları vizada göstərilən tarixədək ölkə ərazisində qala bilər.
Həmçinin, həmin tarixdən sonra (10 fevral 2022-ci il) ilk dəfə 6 ay, 1 il yaxud 2 illik oturum icazəsi almaq üçün Türkiyənin müvafiq miqrasiya idarələrinə müraciət edən əcnəbilərin müraciətləri rədd olunacaq.
Habelə, Türkiyədə təhsil almaq üçün bu ölkəyə köçən xarici ölkə vətəndaşları üçün birmənalı olaraq tələbə vizası almaq məcburi xarakter daşıyacaq.
Eyni hal həmçinin tibbi viza ilə Türkiyəyə köç edən xarici ölkə vətəndaşlarına da şamil ediləcək.
Bununla yanaşı, ölkənin böyük şəhərlərində (İstanbul, Ankara, İzmir başda olmaqla -red.) 75 min ABŞ dolları, digər şəhər və bölgələrdə isə 50 min dollar dəyərindən ucuz ev satın alan xarici ölkə vətəndaşlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı – "kupça" əsasında oturum icazələrinin verilməsi dayandırılıb.
Bununla belə ev kiralələyən əcnəbilərin, yerli miqrasiya orqanına oturum almaq məqsədilə müraciət etməsi üçün ev sahibi (sahibəsi) ilə notarial qaydada kirayə haqqında müqaviləni təsdiq etməsi lazım gələcək.
Artıq bir neçə böyük şəhərin 1 200 məhəllə və səmtlərində ölkənin Miqrasiya İdarəsi tərəfindən əcnəbi sıxlığının qarşısını almaq məqsədilə oturum icazələrinin verilməsi tamamilə dayandırılıb.//Publika.az
Turlar.az [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?