Türkmənistanda beynəlxalq konfransda "Azərbaycan Milli Günü" keçiriləcək

Türkmənistanda beynəlxalq konfransda 4–8 avqust 2025-ci il tarixlərində Türkmənistanın Avaza Milli Turizm Zonasında BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransı çərçivəsində "Azərbaycan Milli Günü" keçiriləcək.
Mədəniyyət Nazirliyindən azxeber.com-a bildirilib ki, tədbirin məqsədi Azərbaycan Respublikasının zəngin mədəni irsini, incəsənət ənənələrini və müasir yaradıcılıq potensialını təqdim etməkdir.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən ölkəmizin tanınmış sənət xadimləri artıq Türkmənistanın Avaza bölgəsindədirlər və tədbirin yüksək səviyyədə təşkili üçün hazırlıq işlərini davam etdirir.
Proqram çərçivəsində:
Azərbaycan pavilyonunda milli sənətkarlıq nümunələri, nəşrlər, suvenirlər və tətbiqi sənət əsərləri təqdim olunacaq;
Açıq hava sərgi zonasında xalçaçılıq, milli geyimlər, kəlağayı, şəbəkə və tikmə sənəti nümayiş etdiriləcək, həmçinin ustad dərsləri keçiriləcək;
Kulinariya guşəsində milli mətbəximizin ənənəvi ləzzətləri təqdim ediləcək;
Konsert proqramlarında milli musiqi, rəqslər və müasir səhnə performansları nümayiş olunacaq.
5 avqust tarixində konfransın rəsmi açılışı çərçivəsində beynəlxalq Qala konserti təşkil olunacaq.
6 avqustda isə "Azərbaycan Milli Günü" möhtəşəm musiqi və rəqs proqramı ilə qeyd olunacaq.
8 avqustda səhnəmizin tanınmış sənətkarları, ifaçılarının içtirakı ilə töşkil olunacaq "Azərbaycan Milli Günü" bağlanış Qala konserti ilə yekunlaşacaq.
Azərbaycanın bu tədbirdə iştirakı yalnız mədəniyyət nümayişi deyil, həm də sülh, əməkdaşlıq və mədəni diplomatiyanın inkişafına mühüm töhfə olacaq.

Siyasi       Tarix: 04 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed


azerbaycan xeberleri yeni xeberler son xeberler şou biznes xəbərləri azerbaycanda son xeberler cəbhədən canlı hava haqqinda