Türkyə siyasi arenasında ZİDDİYYƏT - "Kılıçdaroğlunun gedişi Ərdoğan üçün yaxşı heç nə vəd etmir" - ŞƏRH
"Türkiyədə müxalifət başqanlığına daha güclü bir lider gətirildiyindən Rəcəb Tayyib Ərdoğanın növbəti prezident seçkilərin qalib gəlməsi o qədər də asan olmayacaq".
KONKRET.az xəbər verir ki, bunu RİA Novosti-yə açıqlamasında politoloq, Rusiya-Türkiyə münasibətləri üzrə ekspert Hakan Aksay deyib.
O bildirib ki, Türkiyənin ana müxalifət partiyası 49 yaşlı Özgür Özəli sədr təyin etdi.
"Kılıçdaroğlu 2010-cu ildən partiyaya rəhbərlik edib. May ayında keçirilən prezident seçkilərinə qatılıb, ikinci turda Ərdoğana uduzub. İndi hər şey dəyişdi Partiyanın qurultayı təkcə Kılıçdaroğlu üçün deyil, Ərdoğan üçün də çox yaxşı olmadı: Kılıçdaroğluna qarşı seçkiləri çox asanlıqla qazandı, amma Özgür Özəl üzərində qələbə qazanmaq Ərdoğan üçün çətin olacaq", – deyə politoloq bildirb.
Aksay qeyd edib ki, Türkiyənin ana müxalifət partiyasının fəaliyyətindəki durğunluq səbəbindən rəhbərlik dəyişikliyi gecikib.
"Cümhuriyyət Xalq Partiyasında uzun müddətdir ki, durğunluq var idi. Bu da liderlə bağlıdır. 13 ildə çox yaxşı işlər gördü, amma bir neçə seçkidə məğlub oldu. Onun əvvəlki seçkilərdəki strategiyaları nəticə vermədi, müxalifət həmişə uduzdu. Kılıçdaroğlu prezident seçkilərindən sonra bir sıra qəribə açıqlamalar verib, xüsusən də məğlubiyyəti etiraf etməkdən imtina etdiki ki, bu da müxalifət və onun tərəfdarları üçün anlaşılmaz idi. Bu, milyonlarla insanı laqeydliyə sürüklədi", deyə Hakan Aksay bildirib. .
Ekspertin sözlərinə görə, Özəlin xarici siyasətlə bağlı mövqeləri artıq Ərdoğanın mövqeyi ilə ziddiyyət təşkil edir:
"Məsələn, partiyanın qurultayında Özəl Fələstinin Həmas hərəkatını terrorçu adlandırıb, eyni zamanda İsrailə qarşı törədlənləri pisləyib", – deyə politoloq əlavə edib.
Günel Mikayılova,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ