Üç ayda səkkiz rusiyalı oliqarxın müəmmalı ölümü: Altısı intihar etdi... - FOTO

Üç ayda səkkiz rusiyalı oliqarxın müəmmalı ölümü: Altısı intihar etdi... - FOTOÜç ayda səkkiz rusiyalı oliqarxın müəmmalı ölümü: Altısı intihar etdi... - FOTO
Son üç ayda səkkiz rusiyalı oliqarx müəmmalı şəkildə dünyasını dəyişib. Ölənlərin əksəriyyəti Rusiyanın neft və təbii qaz sektorunda yüksək vəzifəli şəxslər olub.
Bu ölümlərin Rusiyanın Ukraynaya qarşı müharibə apardığı və dünya gücləri ilə qarşı-qarşıya qaldığı bir vaxtda baş verməsi şübhələri artırıb.
Aprelin 19-da İspaniyanın Lyoret de Mar şəhərində İspaniya polisi rusiyalı oliqarx Sergey Protosenya və onun həyat yoldaşı ilə qızının cəsədlərini tapıb. Protosenyanın əvvəlcə həyat yoldaşını və qızını boğduğunu, daha sonra özünü villanın bağçasında asdığını düşünən polis daha sonra başqa ehtimalları gündəmə gətirib.
Bu hadisədən cəmi bir gün əvvəl rusiyalı multimilyarder Vladislav Avayev 13 yaşlı qızı və həyat yoldaşı ilə birlikdə Moskvadakı dəbdəbəli evində ölü tapılıblar. Avayevin əvvəlcə həyat yoldaşını və qızını öldürdüyü, daha sonra tapança ilə intihar etdiyi bildirilib. Avayev və Protosenya Rusiyada qaz və neft biznesi ilə məşğul olurdular.
Bu ilin yanvarında, Rusiya Ukraynaya hücumlara başlamazdan əvvəl dünyaca məşhur "Qazprom"un aparıcı rəhbərləri sırasında olan 60 yaşlı Leonid Şulmanın da bir ay sonra müəmmalı şəkildə intihar etdiyi açıqlanıb. 25 fevral 2022-ci ildə Aleksandr Tyulyakovun Sankt-Peterburqda özünü asaraq intihar etdiyi məlum olub. Tyulyakov Rusiya enerji şirkətinin direktorlarından idi.
Onun ölümündən cəmi üç gün sonra Ukraynada doğulmuş, eyni zamanda neft və qaz maqnatı olan Mixail Uotford İngiltərənin Surrey şəhərindəki malikanəsində asılmış vəziyyətdə tapılıb.
Martın 24-də tibbi ləvazimatlar istehsal edən nəhəng "MedStom" şirkətinin meneceri Vasili Melnikov həyat yoldaşı və uşaqları ilə birlikdə milyard dollarlıq evində ölü tapıldı və bu da intihar adlandırıldı.
Mayın 2-də Putinin qonaqlarını qəbul etdiyi Soçidəki xizək kurortunun direktoru Andrey Krokovskinin qayalıqdan yıxılaraq həlak olduğu bildirildi.
Üç ayda səkkiz rusiyalı oliqarxın müəmmalı ölümü: Altısı intihar etdi... - FOTOAndrey Krokovski
Ötən gün başqa bir oliqarxın ölümü baş verib. Rusiyanın ikinci ən böyük neft istehsalçısı "Lukoyl"un keçmiş icraçı direktoru, 43 yaşlı milyarder Aleksandr Subbotin Rusiyanın Mıtişşi şəhərində bir şamanın evində ölü tapılıb. Bildirilib ki, Subbotin şamanın evinə "içkidən sonrakı narahatlığı müalicə etmək üçün tərkibində qurbağa zəhəri olan psixi stimullaşdırıcı" almaq məqsədilə gedib.
Üç ayda səkkiz rusiyalı oliqarxın müəmmalı ölümü: Altısı intihar etdi... - FOTOAleksandr Subbotin 
Üç ayda səkkiz rusiyalı oliqarxın müəmmalı ölümü: Altısı intihar etdi... - FOTOSergey Protosenya: Onun 400 milyon avro civarında sərvətinin olduğu bildirilir.
Mixail Uotford: Onun 20-25 milyon dollar arasında sərvətinin olduğu bildirilir.
Üç ayda səkkiz rusiyalı oliqarxın müəmmalı ölümü: Altısı intihar etdi... - FOTOVladislav Avayev: Onun aktivlərinin ümumi həcmi barədə dəqiq məlumat yoxdur.
Leonid Şulman: Onun aktivləri barədə dəqiq məlumat yoxdur.
Üç ayda səkkiz rusiyalı oliqarxın müəmmalı ölümü: Altısı intihar etdi... - FOTOAleksandr Tyulyakov: Onun 25 milyon dollar sərvətinin olduğu güman edilir.
Vasili Melnikov: Onun aktivləri ilə bağlı dəqiq rəqəm yoxdur.
Mənbə: Akşam

Maraqlı       Tarix: 13 may 2022
f Paylaş

Oxşar xəbərlər

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta krimnal bugun en son xəbərlər bugün en son xeberler bu gun