Üç böyük kişini yola saldıq, köhnə kişiliyin səhifəsi bağlandı' - Xoşqədəm

Üç böyük kişini yola saldıq, köhnə kişiliyin səhifəsi bağlandı' - Xoşqədəm"Bu günlərdə üç böyük kişini yola saldıq. Atamı, böyük yazıçı Elçin Əfəndiyevi və muğam sənətimizin dirəyi Arif Babayevi".
azxeber.com xəbər verir ki, bunu sosial şəbəkə hesabında teleaparıcı Xoşqədəm Hidayətqızı yazıb.
Aparıcı son itirdiyimiz sənətkarların itkisindən məyusluğunu bu sözlərlə dilə gətirib:
"Üç fərqli yol, üç fərqli həyat, üç müxtəlif peşə. Amma bir ortaq cəhət vardı, o da kişilik. Atam mənə insan olmağı, vicdanlı, ədalətli və dürüst olmağı öyrədən ilk adam idi. Onun gedişi mənim üçün dağ boyda bir itki oldu. Elə bil köhnə kişiliyin bir səhifəsi bağlandı. Elçin təkcə yazıçı deyildi. O, bir dövrün aynası idi. Sözün, fikrin, sənətin təmizliyini qoruyurdu. Yazdıqları bizi güldürmürdü, düşündürürdü. Bəzən danışmırdı, amma baxışları danışırdı. 
Arif Babayev - muğam onun səsində nəfəs alırdı. Böyük bir səs, böyük bir insan idi. O səsin altında zəhmət vardı, əziyyət vardı, kişi duruşu vardı. Nə sənətini, nə özünü bayağılaşdırmadı. Kişi səsi ilə oxudu, kişi ürəyi ilə yaşadı. Onlar ayrı-ayrı yolun yolçusu idilər. Amma eyni bir dəyərlə yaşayırdılar - kişiliklə!
Bu itkilər təkcə üç nəfərin yoxluğu deyil. Bu, bir nəsil kişiliyin, bir dövr insanlığın, bir mədəniyyətin sükutla çəkilib getməsidir. Ağladım bu itkilərə, ağladım bu dünyadan bir-bir köçən köhnə kişilərə. Məkanınız cənnət olsun. Ruhlarınız qarşısında baş əyirəm".
Aysel

Şou Biznes       Tarix: 08 avqust 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB

Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib. Aktyor bu iddiaları cəfəngiyat adlandırıb. "Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanla

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber.az dunyada son xeberler cəbhədən şad xəbər qurban bayrami 2026