Ucar polisindən əməliyyat: 4 nəfər saxlanıldı - FOTOLAR

Ucar polisindən əməliyyat: 4 nəfər saxlanıldı - FOTOLARUcar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda və narkotiklərin satışında şübhəli bilinən 4 nəfər saxlanılıb. Onların arasında narkotiklərə görə axtarışda olan şəxs də var.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan KONKRET.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Alpoud kəndi ərazisində yerləşən evlərin birindən çəkisi 1 tondan artıq olan su çənini oğurlayan iki nəfər şəxs "iş başında" saxlanılıb. Araşdırmalarla onların əvvəllər məhkum olunmuş rayon sakinləri – Elşən Hüseynov və Rüstəm Qulamov olduqları müəyyən edilib.
Məlum olub ki, saxlanılan şəxslər bir müddət öncə də həmin kənd ərazisində yerləşən evlərin birindən dəmir borular və digər metal tikinti materialları oğurlayaraq dəyərindən ucuz qiymətə satıb, əldə etdikləri pul ilə şəxsi istifadələri üçün narkotik vasitə alıblar.
Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum olunmuş və hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsisin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə axtarışda olan Ağdam rayon sakini Cavid Quliyev və Ucar rayon sakini Vüqar Cəbrayılov saxlanılıblar.
Həmin şəxslərdən bükümlərdə olan "patı" və "şüşə" adlanan psixotrop maddə metamfetamin, heroin və marixuana, eləcə də elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Ucar Rayon Polis Şöbəsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.
Ucar polisindən əməliyyat: 4 nəfər saxlanıldı - FOTOLARUcar polisindən əməliyyat: 4 nəfər saxlanıldı - FOTOLARUcar polisindən əməliyyat: 4 nəfər saxlanıldı - FOTOLAR

Hadisə       Tarix: 27 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü

Neftçala rayonunda bədbəxt hadisə baş verib. KONKRET.azxəbər verir ki, hadisə rayonun Pirətəvan adlanan ərazisində qeydə alınıb. İlkin məlumata görə, rayonun Həsənabad qəsəbə sakini, 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkə

Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü

Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub. KONKRET.azÖlkə.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə ərazisində iki avtomobil toqquşub

Beyləqanda müəllim komaya düşüb öldü - Foto

Beyləqan rayonunda müəllim vəfat edib. xəbər verir ki, Aygün Həsənova dünyasını dəyişib. O, Beyləqan rayonunun Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Məlumata görə, müəlli

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU

Bakıda qadına cinsi zorakılıq edib pulunu ələ keçirən şəxs saxlanılıb. -a istinadən xəbər verir ki, Yasamal rayon sakini G.H. polisə müraciət edərək Araz Ayaz oğlu Babayevin ona qarşı cinsi zorakılıq etdiyini, daha sonr

Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər. xəbər verir ki, bununla bağlı "Real TV" görüntülər yayımlayıb

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü

İsveçrədə azərbaycanlı gənc bədbəxt hadisə nəticəsində ölüb. KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bern şəhərində baş verib. 1984-cü il təvəllüdlü Məhəmməd Aslanov hamamda elektrik cərəyanı vurması nəticəsind


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bugun 2026 krminal bu gun son xəbərlər bugün 2026 krimnal xeber