Ucarda bir qaşıq suya həsrət qalanlar - VİDEO
Ucarda bir qaşıq suya həsrət qalanlar - VİDEO
Hazırda qış fəsli olmasına baxmayaraq, hələ də Ucarda su problemi yaşanmaqdadır.
Baku TV xəbər verir ki, yay aylarında havaların həddindən artıq quraq keçməsi Ucar rayonunda su qıtlığına səbəb olub.
Rayonun Alpoud kəndi rayon mərkəzinə məsafə baxımından ən yaxın olsa da, əhali sayına görə ikinci yerdədir. Yay aylarında yaşanan susuzluq problemi hələ də bu kənddə davam edir.
Sakinlərin sözlərinə görə, kənddə təsərrüfat suyu ilə yanaşı, içməli su olmadığı üçün məcburiyyətdən suyu maşınla alırlar, ya da 18-20 metr dərinlikdə quyudan müəyyən qurğular vasitəsi ilə çıxarırlar.
Su maşınları isə beş ton suyu 40 manata gətirir.
Dəfələrlə yerli sakinlər bələdiyyə sədrinin və icra nümayəndəliyinin qəbulunda olsalar da, heç bir nəticəsi olmayıb. Payız aylarında əkilən taxıl sahələrini belə suvara bilməyiblər.
Məsələ ilə bağlı Ucar Suvarma Sistemləri idarəsindən şifahi olaraq bildirdilər ki, hazırda su kanallarında və çaylarda suyun səviyyəsinin aşağı düşməsi nəticəsində Alpoud kəndi ilə yanaşı, bir neçə kənddə də su qıtlığı yaranıb:
"Ucar rayonunda suvarılan sahələrin 80 faizi Yuxarı Şirvan kanalından, qalan 20 faizi isə Göyçay və Türyan çaylarının payına düşür.
Hazırda Göyçay, Türyan və Yuxarı Şirvan kanallarında suyun səviyyəsi normadan çox aşağıdır. Onu da qeyd edək ki, qış mövsümü olduğu üçün kəndlərarası daşıyıcı və paylayıcı su kanallarında qazıntı və təmizlənmə işləri aparılır. İşlər bitdikdən sonra həmin kəndə suyun verilməsi bərpa olunacaq".
/oxu.az
f PaylaşXidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız