Ucarda yol qəzası baş verdi - 6 nəfər yaralandı — FOTO
Ucarda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
KONKRET.az-ın xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Heydər Əliyev prospektində baş verib.
Ucar rayon sakini, 2002-ci il təvəllüdlü Mirabdulla Rüstəmovun idarə etdiyi "VAZ-21099" markalı minik avtomobili ilə rayonun Alpout kənd sakini, 2002-ci il təvəllüdlü Kənan Zeynalovun idarə etdiyi "Opel" markalı maşını toqquşub. Toqquşmadan sonra idarəetmədən çıxan avtomobillər yol kənarında olan 2 piyadanı da vurub. Nəticədə sürücülər – M. Rüstəmov, K. Zeynalov, daha 2 sərnişin və 2 piyada xəsarət alıb.
Xəsarət alanlar – 1999-cu il təvəllüdlü Məqsəd Bəxtiyar oğlu Əsgərov, 2005-ci il təvəllüdlü Kənan Asif oğlu Abuzərov, 2001-ci il təvəllüdlü İbrahim İlqar oğlu İbrahimov, 2001-ci il təvəllüdlü Ramil Baba oğlu Abdurəhmanov aldığı müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Durumu daha ağır olan R. Abdurəhmanov Göyçay Rayon Xəstəxanasına aparılıb.
Baba Atayevin dediyinə görə ona məxsus "VAZ 21099" markalı minik maşınını nəvəsi M. Rüstəmov qaçırıb.
"Nəvəmin sürücülük vəsiqəsi olmadığına görə avtomobili ona idarə etməyə vermirdim. Xəbərim olmayıb, açarı götürüb, maşını sürmək üçün şəhərə çıxıb və məlum hadisə baş verib", – B.Atayev deyib.
Faktla bağlı araşdırma aparılır. /APA

Turlar.az [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar