Ucuz Azərbaycan qazını alıb qonşulara satır, bahalı rus qazını isə öz əhalisinə - Məsələ araşdırılır

Ucuz Azərbaycan qazını alıb qonşulara satır, bahalı rus qazını isə öz əhalisinə - Məsələ araşdırılırBolqarıstanın baş naziri Kirill Petkov Azərbaycandan ildə 1 milyard kubmetr "Şahdəniz" qazı almaq öhdəliyi götürmüş "Bulgargaz" dövlət qaz təchizatı şirkətində xüsusi xidmət orqanlarının ötən həftə başlatdığı araşdırmaya münasibət bildirib.
KONKRET.az virtualaz.org-a istinadla xəbər verir ki, bu barədə EURACTİVE.com portalı məlumat yayıb. Bildirilir ki, baş nazir "şirkətdə bir sıra qanun pozuntularına yol verildiyinə dair şübhələrin olduğunu" deyib.
Sayt yazır ki, son günlər hökumət "Bulgargaz"a qarşı təzyiqləri artırıb. Çünki şirkətin bolqar qaz istehlakçılarının maraqlarına zərbə vurmasından şübhələnir. "Belə şübhələr var ki, şirkət ucuz Azərbaycan qazını alıb qonşu İtaliya və Rumıniyaya ixrac edir, daha bahalı Rusiya qazını isə ölkə daxilində satır. Nəticədə istehlakçılar bundan zərər çəkir", – məlumatda deyilir.
Ucuz Azərbaycan qazını alıb qonşulara satır, bahalı rus qazını isə öz əhalisinə - Məsələ araşdırılırBaş nazir Kirill Petkov
Xatırladaq ki, "Bulgargaz" Azərbaycandan 2013-cü ildə bağlanmış müqavilə əsasında həmin 1 milyard kubmetr qazın hamısını ala bilmir. Çünki bu qazı Yunanıstandan Bolqarıstana nəql etməli olan interkonnektor qaz kəməri IGB hələ hazır deyil, kəmərin tikintisi 12 ildir şübhəli şəkildə ləngidilir. Bu isə Bolqarıstanın qaz bazarında inhisarçı olan "Gazprom" şirkətinin maraqlarına cavab verir. "Bulgarqaz" Azərbaycan qazının təxminən üçdə birini Rumıniya-Bolqarıstan qaz kəməri ("Qazprom"un nəzarətindədir) üzərindən revers rejimində ala bilir.
Ucuz Azərbaycan qazını alıb qonşulara satır, bahalı rus qazını isə öz əhalisinə - Məsələ araşdırılırBu və digər şübhəli məqamlarla bağlı Dövlət Milli Təhlükəsizlik Agentliyinin və Baş Polis İdarəsinin əməkdaşları ötən həftə "Bulgaraz"ın ofisində araşdırmalara başlayıblar.
Daha əvvəl isə "Bulgargaz"ın baş direktoru Nikolay Pavlov Dövlət Milli Təhlükəsizlik Agentliyinə məktub yazaraq Azərbaycanla imzalanmış müqavilədən məxfi məlumatların sızdırılmasını araşdırmağı xahiş etmişdi. Bu məlumatların sızması "Qazprom"un maraqlarına uyğundur və Azərbaycan tərəfini bərk qəzəbləndirib.
Hakim koalisiyadan deputat Martin Dimitrov isə EURACTIV-ə deyib ki, bolqar xüsusi xidmət orqanları həm də IGB qaz kəmərinin tikintisinin niyə 12 ildir ləngidiyini araşdırmalıdır. Deputat Avropa Komissiyasını da bu məsələyə qarışmağa çağırıb, çünki kəmərin tikintisini qismən Avropa Komissiyası maliyyələşdirir.

Sosial       Tarix: 17 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler bu gun xeberler son xabar sou xeberler