Ucuz və faydalı tərəvəz YERKÖKÜ - təzyiqi salır, görməni yaxşılaşdırır...
Qış aylarında yerkökü vitamin və mineralların ən yaxşı mənbələrdən biridir.
Karotinlə (A vitamini) zəngin olan yerkökü görməyə müsbət təsir edir. Karotindən əlavə yerkökündə göz büllurunun və torlu qişanın sağlamlığını qoruyan lütein və zeaksantin maddələri var. Amerika oftalmologiya jurnalında dərc olunmuş elmi araşdırmanın nəticələrinə əsasən, həftədə 2 porsiya kök yeyən insanlarda qlaukomanın riski 64% azalır.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, karotin həmçinin immun sisteminə də yaxşı təsir edir. A vitamini selikli qişaların normal fəaliyyətində çox böyük rol oynayır. Selikli qişalar orqanizmdə baryer funksiyasını yerini yetirir, mikrobların orqanizmə daxil olmasına mane olur.
Kök həzm olunmayan liflərlə zəngindir. Bu liflər bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qanda xolesterinin səviyyəsini aşağı salır, arıqlamağa kömək edir.
Karotinoidlər güclü antioksidant xüsusiyyətlərə malikdir. ABŞ alimləri sübut edir ki, karotinoidlər ağciyər xərçənginin riskini azaldır. Həmçinin yerkökünün tərkibində olan maddələr düz bağırsaq, prostat xərçənginin və leykemiyanın riskini azaldır.
Yerkökü ürək və damarlar üçün əvəzsiz olan kaliumla zəngindir. Kalium ürək əzələsini möhkəmləndirir və həmçinin orqanizmdən artıq natriumu xaric etməyə yardım edir. Natrium orqanizmdə artıq mayeni saxlayaraq arterial təzyiqinin qalxmasına səbəb olur.
Mütəxəssislər qeyd edir ki, kökü yağla birlikdə istehlak etmək daha faydalıdır. Yerkökünün tərkibində olan karotinoidlər yağla birlikdə daha yaxşı mənimsənilir.
Milli.Az /news.milli.az

Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ