Uğurlu addımları ilə Zəfər gətirən Müzəffər Ali Baş Komandan

Uğurlu addımları ilə Zəfər gətirən Müzəffər Ali Baş KomandanBu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın yeni prezidenti, həm də dünya azərbaycanlılarının yeni lideridir. Dövlət başçısı cənab İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdən sonra respublikanın prezidenti vəzifəsində seçkilərdə iştirak etmək və qalib gəlmək çətin və məsuliyyətli bir işi həyata keçirmək demək idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin şərəfə nail olmağın və bu məsuliyyətli vəzifəni yüksək səviyyədə həyata keçirməyin əsl nümunələrini göstərmişdir.
2018-ci ilin aprel ayının 11-də səsvermə hüququna malik olan vətəndaşların 74.3% iştirakı ilə keçirilmiş prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postu uğrunda sayca 8-ci rəsmi seçki oldu.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməkdə davam etdirilən işğaldan azad edilmiş torpaqlarımıza Böyük qayıdış hərəkatı Qarabağda dağıdılmış kəndlərin və şəhərlərin bərpa edilməsi və yenidən qurulması ilə bərabər, həm də bütövlükdə müstəqil Azərbaycanın daha güclü və parlaq gələcəyini də aydın şəkildə təsəvvür etməyə imkan verir.
Seçicilərin mütləq əksəriyyətinin cənab İlham Əliyevə səs verməsi, əslində xalqın bütün destruktiv və xain qüvvələrə yox deməyinin təzahürüdür. 2018-ci ildə keçirilmiş seçkilər bir daha göstərdi ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Bu səbəbdən də 2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Demokratik institutların inkişafı ilə bağlı siyasət davamlı olaraq reallaşdırılır. Siyasi müstəqillik sayəsində Azərbaycan xalqı öz taleyinin sahibidir.
Dövlət başçısının Ermənistan dövləti ilə sülh sazişi bağlamaq istiqamətindəki ardıcıl səyləri dövlət rəhbərimizin sülhsevərlik missiyasını dünyaya bəyan edir. Postmüharibə dövründə Zəngəzur və Laçın dəhlizlərində nəqliyyat-kommunikasiya qovşaqlarının yaradılması, bu logistika dəhlizlərinin açılması uğrunda apardığı davamlı mübarizə Prezident İlham Əliyevin həm ölkəmizin və həm də region dövlətlərinin inkişafına növbəti töhfəsi olacaqdır.
Artıq dünyada Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyev Qalib Prezident, xalqımız isə Qalib xalq kimi qəbul olunur. Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması dövlət rəhbərinin çoxcəhətli xidmətləri ilə yanaşı, onun liderlik istedadının və beynəlxalq nüfuzunun dövlətlər səviyyəsində etiraf olunması deməkdir.
Müstəqil Azərbaycan dövləti Müzəffər Prezident və Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə daha böyük gələcəyə doğru qətiyyətlə addımlamaqda davam edir. Dünya liderləri sırasında xüsusi yeri və xalqımız qarşısında böyük xidmətləri olan Prezident İlham Əliyevin çoxcəhətli və yorulmaz fəaliyyətinin işığında Azərbaycanın hər sabahı daha parlaq və uğurlu görünür.
Qlobal iqtisadiyyatın üzləşdiyi ağır sınaq ilinin ardından əksər ölkələr yeni inkişaf strategiyalarını yeni dövrün çağırışlarına uyğun müəyyənləşdirirlər. Ekspertlər 2021-ci ili dünya iqtisadiyyatının tənəzzüldən çıxaraq bərpa dövrünə keçidi ili kimi səciyyələndirirlər.
İkinci Qarabağ müharibəsindən şanlı Zəfərlə çıxan Azərbaycan da gələcək inkişaf strategiyasını regionda yaranmış yeni reallıqlar, yəni postmüharibə dövrünün çağırışlarına uyğun müəyyən edib. Qəbul etdiyi uzaqgörən qərarları ilə Azərbaycanı bütün böhranlardan üzüağ çıxaran Prezident İlham Əliyevin müəllifi olduğu "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" inkişaf strategiyası növbəti 10 il üzrə yüksəlişimizin yol xəritəsi hesab edilir.
Dövlət başçısının yeni inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən çoxşaxəli islahatlar, kompleks tədbirlər sayəsində əldə olunan bütün bu uğurlar onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı 2022-ci ildə də inkişaf dinamikasını qoruyub saxlayacaq və iqtisadi artımın müsbət meyilləri davam edəcək.
Böyük Qələbədən sonra postmüharibə dövrünün reallıqlarını dəyərləndirən Prezident İlham Əliyev bütün çıxışlarında regionda əsas inkişaf istiqamətlərini müəyyənləşdirməklə yeni yol xəritəsinin konturlarını təqdim edib.
Həmçinin bölgədə uzunmüddətli sülhün təmin edilməsinin istiqamətlərini də göstərərək ümumilikdə regionun gələcək inkişafı üçün bütün imkanların mövcud olduğunu söyləyir.
Naftalan şəhər sakini Rövlan Heydərov

Sosial       Tarix: 04 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Yayda dənizə gedənlər bunları bilməlidir - Əks halda istirahət faciəyə çevrilə bilər

Dəniz mövsümünün başlaması ilə istirahət üçün dənizə üz tutanların sayı artıb. Lakin təhlükəsizlik qaydalarına əməl edilməməsi, xüsusilə də küləkli hava şəraitində dənizə girmək ciddi fəsadlara yol aça bilər. Fövqəladə Halla

Şəkər tozu kəskin şəkildə bahalaşacaq - XƏBƏRDARLIQ

Arzuolunmaz təbiət hadisəsi olan "El-Ninyo" Hindistanda şəkər qamışı məhsullarını məhv edə bilər. Əgər belə bir ssenari reallaşarsa, ölkə şəkər ixracını məhdudlaşdırmaq məcburiyyətində qalacaq. Nəticədə dünya bazarınd

Brent neftinin qiyməti 73,75 dollara düşdü

Dünya bazarında neft qiymətləri ucuzlaşmaqda davam edir. xəbər verir ki, Londonun ICE birjasında keçirilən ticarət əməliyyatları zamanı Brent markalı neftin 2026-cı ilin iyul fyuçersləri 2,01 faiz ucuzlaşıb. Hazırda bir bare

Dənizdə batan Pərviz Məcidovun atası: 'Bir-birini xilas etmək istəyiblər, hamısı boğulub

İyunun 22-də paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində dənizdə boğulan dörd nəfərdən biri - Pərviz Zöhrab oğlu Məcidovun axtarışları davam etdirilir. xəbər verir ki, P.Məcidovun atası Zöhrab Məcidov "Teleqraf"

Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq

Azərbaycan Respublikası Prezidentinin məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə bağlı Fərmanı ( )  bu sahədə əlçatanlığın artırılması istiqamətində atılmı

Hüquqsuz sürücünün narkotik istifadəçisi olduğu məlum oldu

Kürdəmir rayon sakini Samid Səmədov Kənar Dairəvi yolda idarə etdiyi "Mercedes" markalı avtomobillə manevr etmə qaydalarını pozduğu üçün Ekoloji nəzarət bölüyünün əməkdaşları tərəfindən saxlanılıb. xəbər verir ki

Həkim dərman qəbulu üçün ideal saatları açıqladı

Dərmanların effektivliyi onların qəbul edildiyi günün vaxtından asılı olaraq dəyişə bilər. Bunun əsas səbəbi orqanizmdəki biokimyəvi prosesləri idarə edən sutkalıq ritmlərdir. Kimya elmləri namizədi, dosent Aleksey Pano

Deputat: Məktəblərdə telefonlarla bağlı qadağa vaxtında atılmış addımdır

Xəbər verdiyimiz kimi, məktəbəhazırlıq qrupları və ümumi təhsil müəssisələrində şagirdlərin mobil və elektron cihazlardan istifadəsinə dair yeni qaydalar qüvvəyə minib. Qaydalara əsasən, dərs zamanı telefon, planşet və digə

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Ukraynada davam edən hərbi əməliyyatlarda daha bir azərbaycanlı həlak olub. xəbər verir ki, 1982-ci il təvəllüdlü Abdullayev Vüsal Bəşir oğlu şiddətli döyüşlər zamanı həyatını itirib. Mərhumun nəşi bu gün Azərbaycana gətirilib


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən ən son xəbər bugunun xeberleri xəbərlər.com xəbər.az