Uğurlu frilanser olmağın beş sirri

Uğurlu frilanser olmağın beş sirri"Frilans" anlayışı leksikonumuza nisbətən tezliklə daxil olmağına baxmayaraq, artıq çox populyarlaşıb və aktiv şəkildə istifadə edilir. Sən, əlbəttə, onun mənasını bilirsən, lakin bir daha yadına salmaq istəyirik ki, "Freelance" sözü hərfiyyən "sərbəst nizə", yəni "sərbəst döyüşçü", "muzdlu əskər" kimi tərcümə olunur.
Milli.Az bizplus.az-a istinadən bildirir ki, mənasını dilimizə tərcümə edəndə "sərbəst işçi" alınır. Yəni, hansısa bir peşə sahibi hər hansı bir şirkətdən asılı olmadan evində olaraq müstəqil işləyir. Belə sistemlə işləyənlər adamlara da "frilanser" deyirlər. Onların əksəriyyətini yaradıcı peşələr, IT və reklam sahələrinin nümayəndələri təşkil edir. Son zamanlarda isə mühəndislər, müəllimlər, menecerlər və məsləhətçilər də onların nümunəsinə əməl etməyə başlayıb.
Bəs uğurlu "frilanser" olmağın sirləri nədən ibarətdir? Bunun üçün mövcud beş qızıl qaydanı sizə təqdim edirik:
1. Hər zaman əlçatan ol
Müştərilər müxtəlif olur: biri sadəcə zənglə və ya elektron poçt vasitəsilə səninlə əlaqə saxlayır, digəri isə səni Skype, WhatsApp və ya Telegramda hər zaman onlayn görmək istəyir. Əslində frilanser üçün də bu cür işləmək rahatdır, çünki suallar yarandığı zaman dərhal aydınlaşdırmaq imkanı olur. Bununla da sən zamana qənaət etmiş və hər hansı anlaşılmazlığı aradan qaldırmış olursan.
Elə hallar olur ki, sən mətndə düzəlişlər etməli olursan. Misalçün, müştərinin göndərdiyi müqavilənin orijinalında səhv olur və sən təcili olaraq öz tərcüməndə müvafiq dəyişiklik etməlisən. Bu cür hallarda operativ əlaqəsiz keçinmək mümkün deyil.
Eyni zamanda hər müştəri ilə iş həcmini və əməkdaşlıq şərtlərini mütləq əvvəlcədən danışmalısan!
2. Öz iş cədvəlini qur
Hətta ən şüurlu insan intizam olmasa tənbəllik etməyə başlayacaq. Cədvəl istər iş gününün səlis quruluşu, istərsə də stimulun saxlanılması baxımından çox vacibdir. Öz gününü elə başla ki, sanki sən evdə deyil, ofisdəsən: səhər gec oyanma, kompüteri aç və sosial şəbəkələrin tələsinə düşməmiş öz işini görməyə başla. Mütləq sənin üçün optimal olan ritmi qurmağa çalış və sənin üçün real olan hədəflərə köklən. Dincəlmək üçün özünə vaxt ayır, çünki təcili və həcmli işin olanda normadan artıq çalışmalı olacaqsan.
Digər məqama da toxunmaq lazımdır. Evdə işlədiyin zaman işin şəxsi həyatına daxil olması təhlükəsi yarana bilər. Bunun üçün mütləq dəqiq sərhədlər qoymalısan, əks halda elə təsəvvür yaranacaq ki, sanki sən həmişə işdəsən.
3. Yeni əlaqələr qurmağa çalış
Sənin kimi yeni başlayan frilanserlərlə əlaqədə ol. Bu, sənin üçün gərəkli məlumat mənbəyidir. Müxtəlif platformalarda sənin sahəndə çalışan uğurlu insanlarla ünsiyyət qur və işinlə bağlı olan treninq, konfrans və ya seminarlara qatıl.
Uzunmüddətli təcrid olunma stimulu və müvafiq olaraq səmərəliliyi azaldır. Əgər sənin işin insanlarla gündəlik kontaktı tələb etmirsə, sən özün hər hansı formada ünsiyyətin qurulması haqqında düşünməlisən. Öz məsləkdaş, müştəri və partnyorlarınla müntəzəm görüşlər təyin et. Uzaqda yaşayan tanışlarınla əlaqəni itirməmək üçün Linkedin kimi sosial platformalardan istifadə et. Gördüyün işlər haqqında insanları xəbərdar et, göz önündə ol! Bu, təkcə karyeran üçün deyil, həmçinin sənin psixoloji vəziyyətin üçün faydalıdır.
4. Rəyləri topla
Bütün frilanserlər üçün müsbət rəyləri və önəmli sifarişçilərin zəmanət məktublarını toplamaq olduqca vacibdir. Sifarişçilərdən bu cür məktubların təqdim edilməsini xahiş etməkdən çəkinmə - bu, normaldır. Müasir dünyada çoxları bu rəylərə əsaslanır. Hər hansı sifarişi vermədən əvvəl müştərilərin əksəriyyəti işin icraçısı haqqında fikirləri oxuyurlar. Məhz bu səbəbdən sosial şəbəkələrdə və ya professional resurslarda olan profillərində özün haqqında məlumatları yerləşdirməkdən çəkinmə.
5. Bazardakı qiymətləri izlə
Yeni başlayan frilanserlərin ən böyük səhvlərindən biri dempinqdir. Qəpik-quruş üçün hər hansı işdən yapışma. Bununla sən nəinki həmkarlarını qəzəbləndirə, eyni zamanda müştərini çaşbaş sala bilərsən. Orta qiymətləri əvvəlcədən öyrən. Unutma ki, əmək haqqını müəyyən etmək üçün xərclərini deyil, bazardakı dəyərini nəzərə almalısan.
Əsas prinsiplər qısaca
Etməli olduqların:
Cədvəl qur və ona riayət et.
Stimulu qorumaq üçün fikrini hər günün nailiyyəti ətrafında cəmləşdir
Özünə iş məkanı ayır və yaxınlarına iş saatlarında əlçatmaz olduğunu izah et.
Etməməli olduqların:
Bütün gün fasiləsiz çalışma - əks halda stimul və məhsuldarlıq aşağı düşəcək.
Özünü təcrid etmə - evdən uzaqlaş və həmkarların və ya partnyorlarınla ünsiyyətdə ol.
Həm həmkarlarına, həm də rəhbərliyinə müntəzəm olaraq gördüyün iş haqqında hesabat verməyi unutma; ofisdən kənarda olsan da hər zaman göz önündə ol.
Etməməli olduqların:
• Bütün gün fasiləsiz çalışma - əks halda stimul və məhsuldarlıq aşağı düşəcək.
• Özünü təcrid etmə - evdən uzaqlaş və həmkarların və ya partnyorlarınla ünsiyyətdə ol.
• Həm həmkarlarına, həm də rəhbərliyinə müntəzəm olaraq gördüyün iş haqqında hesabat verməyi unutma; ofisdən kənarda olsan da hər zaman göz önündə ol.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 01 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib

Azərbaycan və İndoneziya arasında iqtisadi və investisiya əlaqələrinin inkişafı, institusional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran investisiya istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Azərbayca

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxəbərlər butun xeberler cəbhədən son vəziyyət xabarlar