Ukrayna-Azərbaycan dostluğu İrəvana rahatlıq vermir: İşğalçı "ləyaqət"dən dəm vurur...

Ukrayna-Azərbaycan dostluğu İrəvana rahatlıq vermir: İşğalçı "ləyaqət"dən dəm vurur...Ukrayna-Azərbaycan dostluğu İrəvana rahatlıq vermir: İşğalçı "ləyaqət"dən dəm vurur...
Azərbaycanla Ukrayna arasında mehriban dostluq münasibətləri Ermənistanda böyük narahatlıqla qarşılanır.
Oxu.Az xəbər verir ki, Ukrayna Baş nazirinin müavini, Müvəqqəti İşğal olunmuş Ərazilər naziri Aleksey Reznikovun işğaldan azad olunan Ağdam şəhərinə səfəri xüsusən erməniləri qıcıqlandırıb.
Bu məsələdə "Maariflənmiş Ermənistan" Partiyasının rəhbəri Edmon Marukyan xüsusi canfəşanlıq edib.
Ukrayna rəsmisinin səfərinə qəzəbini ifadə edən E.Marukyan Azərbaycana, işğaldan azad olunmuş ərazilərə "gülərüzlə" səfər edən hər kəsi hədələyərək, belə halları unutmayacaqlarını bildirib.
Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyə istehsalı PUA-ların effektivliyinə sevindiyini, A.Reznikovun işğaldan azad olunmuş ərazilərin bərpasında Azərbaycana dəstək xarakterli çıxışını xüsusilə vurğulayan partiya sədri Azərbaycanın Ukraynanın dostu və tərəfdaşı olmasını, Kiyevin Bakını dəstəkləməsini həzm edə bilməyib.
E.Marukyan bir qədər də irəli gedərək, Azərbaycana dəstəyinə görə A.Reznikovu nəzərdə tutaraq "ləyaqətsiz" ifadəsindən istifadə edib.
"Erməni riyakarlığı" abidəsi üçün model ola biləcək həddə xəstə təxəyyül və şüur sahibi bu şəxsin fikirləri mənsub olduğu xalqın və dövlətin amalını, niyyətini, iç üzünü bir daha nümayiş etdirib.
Görünür Ermənistan kimi işğalçı və təcavüzkar dövlətdə işğalı dəstəkləməmək ləyaqətdən kənar hərəkət sayılır.
Bəlkə də, ermənilər üçün ləyaqət – qəsbkarlıq, təcavüz və ədalətsizliyi dəstəkləmək, terrorçuluq və talançılıqla məşğul olmaqdadır.
Nə qədər sərt səslənsə də, yuxarıdakı cümlənin ərsəyə gəlməsində baş rolu elə məhz ermənilər özləri oynayır. Təsəvvür edin, bir dövlətin ərazisini işğal edir, əhalisinə qarşı amansız qətllər törədir, bütün beynəlxalq prinsipləri tapdalayır, humanitar normaları yerlə-yeksan edirsiniz, amma buna etiraz edənləri "ləyaqətsiz" adlandırırsınız. Bu, erməni riyakarlığının kulminasiya nöqtəsidir, ən parlaq təzahürüdür. Ancaq söhbət Edmon Marukyanın qismində erməni siyasətindən gedirsə, burada ikiüzlülük limitinin olmadığını da nəzərə almalıyıq.
Edmon Marukyan "oğru elə bağırdı ki, doğrunun bağrı çatladı" prinsiplərini rəhbər tutub. Azərbaycanla Ukraynanı sadəcə iqtisadi maraqların birləşdirdiyini iddia edib və Kiyevin iqtisadi gözləntilərinə görə Bakının yanında olduğunu deyib.
E.Marukyan yenə də həqiqətə kor baxaraq, Azərbaycanla Ukraynanı birləşdirən bir çox bağları, dostluq münasibətlərini unudub, hər iki ölkənin işğal kimi ortaq bir dərdi olmasına göz yumub.
Erməni siyasətçi Krımın ilhaq edilməsindən sonra Ermənistanın bütün beynəlxalq təşkilatlarda, bütün platformalarda Ukraynanın ərazi bütövlüyünə zidd qərarlara dəstək verdiyini də yaddan çıxarıb.
Ən əsası: unudub ki, Ukraynanın ərazi bütövlüyünü tanımayan, uzun illər Azərbaycan ərazilərini işğalda saxlayan, Qaregin Njde kimi faşizm dəstəkçisi, Monte Melkonyan kimi bir terrorçunu ilahiləşdirən, əli minlərlə günahsız insanın qanına batmış, bütün qonşularına qarşı ərazi iddiaları olan monoetnik bir dövlətin, toplumun içindən çıxmış siyasətçinin "ləyaqət"dən danışması kənardan gülüş və ikrah hissi doğurur.

Siyasi       Tarix: 18 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeberler cebheden xeberler xeberler bugun 2026 dunya xeberleri