Ukrayna Azərbaycanlıları Radasında millət vəkilləri ilə görüş keçirilib - FOTO

Ukrayna Azərbaycanlıları Radasında millət vəkilləri ilə görüş keçirilib - FOTOUkrayna Azərbaycanlıları Radasında millət vəkilləri ilə görüş keçirilib - FOTO
Ukrayna Azərbaycanlıları Radasında (UAR) Ukraynanın bir qrup millət vəkili ilə görüş keçirilib. Görüş zamanı millət vəkilləri 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib, Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun UAR ilə əlaqələrinin yüksək səviyyədə olduğunu bildiriblər.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Görüşə canlı olaraq bağlanan Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov toplantı iştirakçılarını salamlayaraq Yeni il münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və bu əlaqələrin növbəti illərdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Komitə sədri Ukraynanın Azərbaycanın ən yaxın tərəfdaşlarından biri olmasını qeyd edərək qarşılıqlı siyasi-iqtisadi münasibətlərin formalaşmasında dövlət başçılarının atdığı addımlardan danışıb.
UAR rəhbərliyi Qarabağ müharibəsində Azərbaycanın haqlı mövqeyinə dəstək verdiklərinə görə millət vəkillərinə diaspor adından təşəkkür edib. Daha sonra çıxış edən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin millət vəkillərini qarşıdan gələn Yeni il münasibətilə təbrik edib, 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olduqlarına görə parlament üzvlərinə diaspor adından təşəkkürlərini bildirib və ölkələrimiz arasında parlament diplomatiyasının əhəmiyyətini qeyd ediblər. 
Tədbirdə çıxış edən Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun həmsədri Valeriy Kolyux, işçi qrupun sədr müavini Lyudmila Marçenko, Ukrayna Ali Radasının Beynəlxalq əlaqələr komitəsinin sədri,  Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti Aleksandr Aleksandroviç Mereşko, Millət vəkili Marian Zabloçkiy, parlamentlərarası işçi qrupun katibi İvan Slabodyanik Ukrayna-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini məmnunluqla qeyd edib və iki qardaş dövlətin biri-birlərinin ərazi bütövlüyünü dəstəkləməsinin vacib olduğunu bildiriblər. 
Tədbirdə Ukraynadakı Azərbaycan diasporunun pandemiya dövründəki fəaliyyəti xüsusi qeyd edilib və gələcəkdə diasporla əlaqələrin inkişafı üçün yeni layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Tədbirin sonunda Ukraynada yaşayan azərbaycanlı rəssamların ölkəmizlə bağlı əsərlərindən ibarət sərgi nümayiş etdirilib. 
Ukrayna Azərbaycanlıları Radasında millət vəkilləri ilə görüş keçirilib - FOTOUkrayna Azərbaycanlıları Radasında millət vəkilləri ilə görüş keçirilib - FOTOUkrayna Azərbaycanlıları Radasında millət vəkilləri ilə görüş keçirilib - FOTO

Siyasi       Tarix: 28 dekabr 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor


azerbaycan xeberleri yeni xeberler son xeberler dunya xeberleri cəbhədən ən son xəbərlər son xeberler bu gun xeberler bugun 2026