Ukrayna hadisələri BMT üçün niyə həll olunmaz problemə çevrildi? - Polyanski AÇIQLADI

Ukrayna hadisələri BMT üçün niyə həll olunmaz problemə çevrildi? - Polyanski AÇIQLADIBirləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının və Təhlükəsizlik Şurasının iclaslarına nəzər saldıqda xalqların bəlkə də heç vaxt olmadığı qədər parçalandığına dair təəssürat yaranır. Bu gün ən böyük problemlərdən biri olan Rusiya-Ukrayna müharibəsi fonunda BMT tribunalarından Moskvaya qarşı çağırışların edilməsi Kremldə ciddi narahatçılıq yaradır. Bundan əlavə BMT nümayəndələrinin Ukrayna tərəfinin Rusiyaya qarşı ittihamlarını tez-tez yayımlaması rsəmi Moskvada qıcıqla qarşılanır. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski dünya təşkilatının qlobal gərginlik şəraitində üzləşdiyi çətinliklərdən, Rusiyanı veto və üzvlük hüququndan məhrum etmək şansının olub-olmamasından danışıb.
BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının pərdə arxasında vəziyyət necədir?
Qeyd edək ki, Makeyevkada rusiyalı hərbi əsirlərin edamını əks etdirən səs-küylü videodan sonra BMT baş verənlərlə bağlı araşdırma aparmağa çağırıb. Bu çağırışdan sonra Rusiyanın beynəlxalq təşkilatdan hansı addımları gözlədiyi hər kəsdə maraq doğurur.
Dmitri Polyanski deyir ki, Rusiya Ukraynanın beynəlxalq humanitar hüququ pozmasının birmənalı şəkildə pislənəcəyinə ümid edir: "BMT Rusiya hərbçilərinə qarşı işgəncə və zorakılıq halları barədə danışmaqdan çox çəkinir. Lakin onlar Ukraynanın Rusiyaya qarşı ittihamlarını dərhal media məkanına çıxarırlar və müzakirə edirlər. Biz bunu BMT Baş Katibinin münaqişələrdə cinsi zorakılıq üzrə xüsusi nümayəndəsi Pramila Pattenin timsalında gördük. O, xeyli sayda yoxlanılmamış məlumatları (Rusiya hərbçilərinin ukraynalıları zorlamaq üçün guya Viaqradan istifadə etməsi barədə) heç bir araşdırma aparmadan dünyaya yaydı. Lakin sonradan araşdırma aparmadığını və yalnız Ukrayna tərəfinin məlumatlarına istinad etdiyini boynuna aldı. Lakin təşkilat öz mandatına uyğun olaraq bərabər mövqe sərgiləməlidir".
Ukrayna hadisələri BMT üçün niyə həll olunmaz problemə çevrildi? - Polyanski AÇIQLADIPolyanski BMT-dəki  islahatlardan, xüsusilə də Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin sayının genişləndirilməsi ilə bağlı məsələlərdən də danışıb. O, bildirib ki, Təhlükəsizlik Şurasının genişləndirilməsi ilə bağlı müzakirələr 20 ildən artıqdır davam edir: "Hər şey çox sadə və aydındır. Hamı Təhlükəsizlik Şurasında islahatların bu cür aparılmasının tərəfdarıdır. Hamı Təhlükəsizlik Şurasının fərqli və genişləndirilməli olduğunu deyir. Əksər ölkələr isə inkişafda olan dövlətlərin də bu siyahıda yer alacağına ümidlidir. Çünki Təhlükəsizlik Şurasının hazırkı konfiqurasiyasında blok nizam-intizamı nümayiş etdirən qeyri-mütənasib sayda Qərb dövlətləri var. Onların Təhlükəsizlik Şurasında çoxluq təşki etməsi məntiqsizdir və orada yaşayan sakinlərin sayına uyğun gəlmir. Bu gün Almaniya və Yaponiya Təhlükəsizlik Şurasına daxil olmaq istəyir. Amma onlar təşkilata nə verə biləcək? Bu, sual altındadır. Çünki onların da fikirləri Qərb blokunun mövqeyinə bənzəyəcək. Təəssüf ki, inkişaf etməkdə olan Afrika ölkələri Şurada təmsil olunmur. Ona görə də Təhlükəsizlik Şurasında bəzi məsələlərin müzakirəsi qərəzlidir".
Ukrayna hadisələri BMT üçün niyə həll olunmaz problemə çevrildi? - Polyanski AÇIQLADIVeto hüququndan sui-istifadə ilə bağlı müzakirələrin intensivləşməsi mexanizmin özünün ləğvinə gətirib çıxara bilərmi?
"Qərb ölkələri doğrudan da veto hüququndan əvvəlkindən daha tez-tez istifadə etmək məsələsini gündəmə gətirir. Amma praktiki baxımdan bu, daha çox Rusiyanın veto hüququndan sui-istifadə etdiyini  göstərmək üçün atılan addımıdır. Lakin veto hüququ həm də milli maraqlara riayət etmək deməkdir və eyni zamanda da danışıqlar üçün böyük stimuldur. Prinsipcə, ölkələr veto hüququndan son çarə kimi istifadə etməyə çalışırlar ki, bu da xoşagəlməzlik yaradır və istənilən dövlətdə kifayət qədər mürəkkəb daxili kordinasiya tələb edir. Ona görə də veto hüququndan istifadə perspektivi bütün dövlətləri müəyyən həll yolları axtarmağa vadar edir. Əksər hallarda bu, bütün tərəfləri danışıqlara stimullaşdırır. Ona görə də veto hüququnun ləğvi Təhlükəsizlik Şurasının daha az səmərəli fəaliyyəti ilə nəticələnə bilər.  O ki, qaldı BMT Təhlükəsizlik Şurasının Rusiyanı indiki statusundan məhrum etmək məsələsinə, hüquqi baxımdan bu, heç bir şəkildə mümkün deyil. Yəni beynəlxalq hüququ pozmadan bunu etməyə imkan verən heç bir qanuni rıçaq yoxdur. Rusiyanın BMT-dəki statusunun dəyişdirilməsi üçün heç bir hüquqi mexanizm mövcud deyil. Təhlükəsizlik Şurasında aparılan istənilən islahat konsensusa ehtiyac duyur. Odur ki, bizsiz veto hüququmuzu, üzvlüyümüzü manipulyasiya edə bilməzlər.
Dmitri Polyanski Ukraynanın daimi nümayəndəsi Sergey Kislitsa ilə münasibətlərindən də söz açıb. O bildirib ki, Kislitsa və onun aparatı ilə hansısa şəkildə əlaqə saxlamır: "Onun BMT-yə nümayəndə kimi gəldiyi gündən heç bir əlaqəmiz yoxdur. Rusiyanın xüsusi hərbi əməliyyatları başlamazdan öncə də onunla təmasımız yox idi. Çünki Kislitsa qeyri-konstruktiv şəxsdir. Yumşaq desək, BMT-nin yerli diplomatik korpusunda tanınmayan biridir. Sadəcə, indi Ukraynadakı müharibəyə görə, diqqət mərkəzindədir. Çünki BMT-də Ukraynanın başqa nümayəndələri yoxdur. Kislitsa gələn kimi hiss etdik ki, onu heç bir söhbət və dialoq maraqlandırmır. Ona görə də bizim Ukraynanın daimi nümayəndəliyi ilə əlaqəmiz olmayıb və indi də yoxdur".
Ukrayna hadisələri BMT üçün niyə həll olunmaz problemə çevrildi? - Polyanski AÇIQLADIMüşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 03 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Ceyhun Bayramov İƏT toplantısında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib. xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib. Nazir İƏT-in yeni Baş katib

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbər cəbhədən yeni xəbərlər xeberler bugun valyuta mezennesi banklar