"Ukrayna iqtisadiyyatı 45, Rusiya iqtisadiyyatı isə 11 faiz kiçiləcək" - Dünya Bankı
Müharibə səbəbindən Rusiya və Ukraynanın iqtisadiyyatı kəskin şəkildə kiçiləcək.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Dünya Bankının vitse-prezidenti Anna Bjerde açıqlamasında bildirib.
Açıqlamada Rusiyanın müdaxiləsi səbəbindən Ukrayna iqtisadiyyatının bu il 45 faiz kiçiləcəyi proqnozlaşdırılıb.
Xatırladaq ki, Ukrayna dünyanın aparıcı günəbaxan yağı və buğda ixracatçılarından biridir. Lakin fevralın 24-də müharibə başlayandan Ukraynanın günəbaxan yağı və buğda ixracı dalana dirəndi.
Digər tərəfdən Dünya Bankı sanksiyalara görə, Rusiya iqtisadiyyatının bu il 11,2 faiz kiçiləcəyini açıqlayıb. Həmçinin Belarus, Qırğızıstan, Moldova və Tacikistanın da tənəzzülə uğrayacağını proqnozlaşdırıb.
Qeyd edək ki, təşkilatın fikrincə, Rusiyanın Ukraynaya müharibəsi Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinə COVID-19 pandemiyasından daha çox iqtisadi ziyan vuracaq.
İqbal Rzayev,
KONKRET.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı