Ukrayna İrandan təzminat tələb edir
8 yanvar Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boeing 737-800" təyyarəsi Tehran hava limanından qalxdıqdan İran Hərbi Hava Müdafiə qüvvələri tərəfindən vurulmasının ikinci il dönümüdür.
KONKRET.azxəbər verir ki, hadisə nəticəsində həlak olan sərnişinləri və ekipaj üzvlərinin rəsmi anım mərasimi keçirilib.
Ukrayna Baş prokurorun müavini Maksim Yakubovski faciənin il dönümündə deyib:
"Ukrayna bu sahədə qeyri-adi heç nə tələb etmir. Biz iki sadə şey istəyirik: həqiqət və ədalət. İki il əvvəl o gün baş verənlər haqqında həqiqət, günahkarların cəzalandırılması və zərərçəkənlərə təzminat ödənilməsini istəyirik. Təəssüf ki, indi həqiqəti və ədaləti almaq arzusunu bildirməyən yeganə tərəf bu cinayəti törədən tərəfdir. Biz birlikdə həqiqətə və ədalətə doğru addımlayacağıq. Bu işdə iştirak edən bütün qurumların təmsil olunduğu ailələr, aviaşirkət, dövlət birlikdə eyni yolla getsə, çox yaxşıdır. Bu vacibdir".
Xatırladaq ki, 8 yanvar 2020-ci ildə Tehran-Kiyev marşrutu üzrə PS752 reysini həyata keçirən təyyarədə altı ölkənin – İran, Kanada, Ukrayna, İsveç, Əfqanıstan və Böyük Britaniya vətəndaşları olub. 11 ukraynalı (9 ekipaj üzvü və 2 sərnişin) daxil olmaqla 176 nəfərin hamısı həlak olub.
Qeyd edək ki, iki il öncə İran hakimiyyəti bir neçə günlük təkzibdən sonra Ukrayna təyyarəsinin səhvən zenit-raket kompleksi tərəfindən vurulduğunu etiraf edib.

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar