Ukrayna Ordusu süni intellekt vasitələrindən necə istifadə edir?

Ukrayna Ordusu süni intellekt vasitələrindən necə istifadə edir?Süni intellekt (Aİ) son illərdə həyatımızın ayrılmaz hissəsinə çevrilib. Yeni nəsil texnoloji yeniliklər günümüzdə demək olar ki, bütün sahələri əvəz etmək iqtidarındadır. Səhiyyə, sənaye, media və s.
Hazırda davam edən Rusiya – Ukrayna müharibəsində də süni intellektdən istifadə edilir. Bu barədə "Forbes" məqalə dərc edir. Həmin yazını təqdim edirik.
Hayişə çıxaraq onu da vurğulamaq yerinə düşər ki, Vətən müharibəsi zamanı da dolayısı ilə Ordumuz da süni intellektdən istifadə edərək Ermənistana zərbələr endirib.
Məlum olduğu kimi, Rusiya – Ukrayna müharibəsi 3 ilə yaxındır ki, davam edir. Tərəflər bütün mümkün vasitələrdən istifadə edir ki, cəbhə xəttində uğur qazansın. Düzdür, rəsmi Moskva Ukrayna ərazilərin işğal etməyi bacarsa da, müasir texnologiyalara görə, Kiyevin arsenalı daha üstündür.
"Forbes" qeyd edir ki, 2022-ci qədər Ukrayna texnologiya sektorunda 300 minə qədər işçi çalışıb və müharibə başladıqdan sonra bir çox strataplar orduya cəlb olunub:
"Ukrayna hakimiyyət orqanları şirkətlərə, investorlara müdafiə texnologiyaları məhsullarını təklif etmək imkanı vermək üçün "Brave1" maliyyə platformasını yaradıb. Onun minlərlə müraciət aldığı bildirilir. Avtonom dronların istifadəsini Ukraynada istifadə edilən əsas texnoloji nailiyyətlərdən biri adlandırır. Son on ildə bir çox münaqişələrdə pilotsuz uçan aparatlardan istifadə olunsa da, onlar adətən insanlar tərəfindən uzaqdan idarə olunur. Bu gün Ukraynanın insan müdaxiləsi olmadan düşməni izləyə və hədəfə ala bilən dronlardan, başqa sözlə, əsl qatil robotlarından istifadə etdiyi bildirilir. Bundan başqa, Britaniyanın "Alliance" şirkəti tərəfindən hazırlanmış itəbənzər avtonom robot istifadə olunur, o, döyüş zonalarında gizli şəkildə hərəkət edir, termal görmə qabiliyyətindən istifadə edərək düşmən mövqelərini, eləcə də mina sahələrini aşkar edir. O, həm də döyüş sursatı daşıya bilər, əsgərləri tədarük etmə bacarığına malikdir".
Ukrayna hərbçiləri həmçinin hərəkət edən düşməni aşkar edib məhv etmə qabiliyyətinə malik olar süni intellekt dəstəkli pulemyotlardan da istifadə edir:
"Ukraynada istifadə edilən bütün süni intellekt sistemləri hərbi məqsədlər üçün istifadə olunmur. Məsələn, Aİ qaçqınların və məcburi köçkünlərin köçürülməsini asanlaşdırmaq üçün istifadə olunur. O, yolların və infrastrukturun vəziyyətinə nəzarət edir, həmçinin ərzaq və zəruri ləvazimatların çatdırılması üçün optimal marşrutları hesablayır. Ukrayna bu gün dünyanın ən çox minalanmış ölkəsinə çevrildiyinə görə, süni intellekt minaların təmizlənməsinə kömək edə biləcək həllər tapmaq üçün məlumatları təhlil etmək gücünə malikdir. Süni intellekt qoşunların hərəkəti ilə bağlı peyk məlumatlarına bağlı materiallar toplayır. Bundan əlavə, Amerikanın "Clearview" şirkəti tərəfindən təqdim edilən sifətin tanınması texnologiyasının istifadəsi sınaqdan keçirilir. Daha əvvəl məlumat bildirilirdi ki, Amerikanın məlumat analizi şirkəti "Palantir" hərbi proqramlar hazırlayır. "The Times"ın məlumatına görə, şirkət Ukrayna tərəfindən müxtəlif məlumat mənbələrinin süni intellektlə emalından istifadə etməklə kəşfiyyat məlumatları toplamaq üçün istifadə edir".
Həmçinin sonda vurğulanır ki, nə qədər süni intellekt müharibədə tərəflərin köməyinə çatsa da, unutmaq lazım deyil ki, döyüşlərdə əsas qüvvə insandır.
Məlik Məlikov,
KONKRET.az

Hadisə       Tarix: 04 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Türkiyədə hərbi helikopter qəzaya uğradı - 4 nəfər həlak oldu

Türkiyənin Malatya vilayətində S-70 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub. xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, helikopter naməlum səbəbdə

Bakıda baş redaktor həbs edildi - Foto

Bakıda dələduzluqda təqsirləndirilən jurnalist həbs edilib. KONKRET. -a istinadla xəbər verir ki, "Vəkilin səsi" qəzetinin baş redaktoru Camal Bağırzadənin özünü vəkil kimi təqdim edərək vətəndaşlardan pul almas

Əlövsət Polad vəfat etdi

Tanınmış yazıçı, publisist və veteran jurnalist Əlövsət Polad vəfat edib. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, o, 83 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Ə. Polad 1943-cü ildə Neftçalanın Züd-Ost Qoltuq kəndind

Deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır

Hindistanın Bihar ştatının qanunverici məclisinin deputatı Anant Sinqh qızının toyuna 400 min nəfərədək qonaq dəvət etməyə hazırlaşır. Mərasim noyabrın 25-nə planlaşdırılıb. oxuaz-a istinadən xəbər verir ki, deputatın qız

Yaşayış kompleksində güclü yanğın: 14 ölü

Çinin Şansi əyalətinin Taiyuan şəhərindəki yaşayış kompleksində güclü yanğın baş verib. xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Qeyd olunub ki, yanğın nəticəsində 14 nəfər ölüb. Hadisənin təfərrüat

Yardımlıda məktəb direktoru vəfat etdi

Yardımlıda vəzifəli şəxs vəfat edib. -a istinadən xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illə

İran ordusunun zabiti öldürüldü

Sistan və Bəlucistan əyalətində silahlı şəxslərin hücumu nəticəsində quru qoşunların 377-ci səyyar hücum briqadasının zabiti Cavad Heşməti həlak olub, başqa bir hərbçi isə yaralanıb. KONKRET.azxəbər verir ki, bu haqda yerl

Ordubadda obyektə zərər vuran şəxs saxlanıldı

Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, Ordubad rayonunun Vənənd kəndində sahibkara məxsus obyektin qarşısındakı əraziyə ağır texnika vasitəsilə zərər vurulmas

Biləsuvarda motosikletlə yük maşını toqquşub, ölən var

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən bildirir ki, hadisə axşam saatlarında köhnəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan motosndə qeydə alınıb. Belə ki, hərəkətd


yeni xeberler azerbaycan xeberleri son xeberler bu gunun xeberleri haqqinda melumat valyuta mezenesi sonxəbər cəbhədən son məlumat