Ukrayna ordusunun ləng irəliləməsinin səbəbi AÇIQLANDI
Ukrayna qoşunları yağışlar səbəbindən cənubda və Xarkov istiqamətində daha ləng irəliləyir.
KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov "Fox News"a müsahibəsində deyib.
O, Ukrayna ordusunun qışın əvvəlinə qədər irəliləyəcəyinə ümid etdiyini bildirib.
"Biz kəndlərimizi addım-addım azad etmək taktikasından istifadə edirik. Və biz bunu davam etdirəcəyik", – Reznikov qeyd edib.
Onun sözlərinə görə, Ukrayna qoşunlarının Xersonu və Rusiyanın işğal etdiyi digər rayonları azd etmək planı var.
Nazir həmçinin bildirib ki, Ukrayna ordusu Dnepr üzərindən keçən bütün körpülərə "HIMARS MLRS"dən istifadə edərək nəzarət edir.
İqbal Rzayev,
KONKRET.az

Dolların "şah dövrü" bitdi: Devalvasiya qorxusu arxada qalır
Bakı sakini mənzildə halsız vəziyyətdə aşkar edildi
Rəsul İsmayılov iş yerində qəfil öldü
Kürdəmirdə ağır qəza: 'Audi' dörd piyadanı vurdu
35 yaşlı qadın dərmandan zəhərləndi
Anti-milli ünsürlər üçün müqəddəs dəyər, milli maraq anlayışı yoxdur
Avtomobil təmiri sexi və orada olan avtomobil yandı
Sertifikasiyadan kəsilən müəllimlərə qarşı DƏLƏDUZLUQ: Cinayət işi açıldı
Avropa İttifaqı Rusiya ilə bağlı QƏRAR VERDİ
Çin və Rusiya İran üçün döyüşəcək? - SENSASİYA
Papikyan təcili İrana getdi: Nə baş verir?
"Sabah" "Qarabağ"la xal fərqini 7-yə çıxardı
"Qarabağ" onu əsas heyətdən kənarlaşdırdı
"Sabah"ı məğlub edib Azərbaycan Kubokunu qazandılar