Ukrayna Suriya ilə diplomatik əlaqələri kəsdi

Ukrayna Suriya ilə diplomatik əlaqələri kəsdiUkrayna Suriya ilə diplomatik əlaqələri kəsib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"Ukrayna Xarici İşlər Nazirliyi Suriya Ərəb Respublikasının müvəqqəti işğal olunmuş Donetsk və Luqansk vilayətlərinin "müstəqilliyini" tanımasını qətiyyətlə pisləyir.
Biz bu qərarı Ukraynaya qarşı qeyri-dost hərəkət, onun suverenliyinə və ərazi bütövlüyünə qəsd, Ukrayna qanunvericiliyinin, BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndiririk. Suriya rejiminin Kremldəki kuratorlarının göstərişi ilə Donetsk və Luqansk vilayətlərindəki Rusiya işğalçı administrasiyalarına psevdosubyektivlik verməyə cəhd etdiyinə şübhəmiz yoxdur.
Bu qeyri-dost hərəkətə cavab olaraq Ukrayna 1963-cü il Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyasının 2-ci maddəsinə uyğun olaraq konsulluq əlaqələrini dayandırmadan Suriya ilə diplomatik münasibətləri kəsdiyini bəyan edir. Ukrayna tərəfi həmçinin Suriyaya qarşı ticarət embarqosu, habelə Suriyanın hüquqi və fiziki şəxslərinə qarşı digər sanksiyaların tətbiqi proseduruna başlayır.
"Bizim mövqeyimiz aydındır – biz Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək və bütün mövcud vasitələrlə, o cümlədən diplomatik cəbhədə milli maraqları qorumaq cəhdlərinə mümkün qədər sərt reaksiya veririk", – Ukrayna XİN rəhbəri Dmitri Kuleba vurğulayıb.
Bəşər Əsəd rejiminin Suriya xalqına qarşı cinayətləri ilə əlaqədar Ukrayna tərəfi hələ 2016-cı ildə Dəməşqdəki Ukrayna səfirliyini bağlamış, həmçinin 2018-ci ildə Suriyanın Kiyevdəki səfirliyinin bağlanması barədə göstəriş vermişdi. Suriyadakı ukraynalıların maraqları Ukraynanın Livandakı səfirliyi tərəfindən qorunur", – bəyanatda qeyd olunub.

Siyasi       Tarix: 30 iyun 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbərlər.com cəbhədən son xəbərlər en son xəbərlər bugün krimnal bugun