Ukrayna üç ildən sonra nüvə yanacağı istehsalına BAŞLAYIR
Ukrayna üç ildən sonra nüvə enerji blokları üçün yanacaq istehsalına başlamağı planlaşdırır. Bu yanacaq daha sonra digər ölkələrə də ixrac ediləcək.
KONKRET.azxəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, hazırda Ukrayna "VVER-1000" tipli yanacaq birləşmələri üçün komponentlərin istehsalına başlayıb. Gələcəkdə ölkə "VVER-440" reaktorları üçün birləşmələrin istehsalına başlamağı planlaşdırır.
Məlumata görə, layihə "Energoatom" tərəfindən ABŞ-ın "Westinghouse" şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Ukraynanın energetika naziri German Qaluşenkonun sözlərinə görə, müəssisə atom elektrik stansiyalarının nüvə reaktorları üçün yanacaq birləşmələri istehsal edəcək. Komponentlər İsveçin Vasteras şəhərindəki "Westinghouse" zavodunda nüvə yanacağı istehsal etmək üçün istifadə olunacaq.
Nazir bildirib ki, gələcəkdə Ukrayna Avropa ölkələrinə nüvə yanacağı tədarük edəcək. Belə ölkələr arasında Çexiya, Slovakiya, Finlandiya və Bolqarıstan da var.
Qeyd edək ki, Amerikanın "Westinghouse" şirkəti Ukraynaya nüvə yanacağının kommersiya tədarükünə hələ 2011-ci ildə başlayıb.
İqbal Rzayev,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Millimiz Moldova yığmasına uduzdu
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi