Ukraynada prezident seçkiləri iyulda keçirilə bilər

Ukraynada prezident seçkiləri iyulda keçirilə bilər.
KONKRET.az report-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın həftəlik "The Economist" jurnalı Ukrayna hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Jurnalın mənbəsi iddia edir ki, Volodimir Zelenski rəqiblərinin qısa müddətdə effektiv kampaniya qura bilməyəcəkləri ümidi ilə seçkiləri gözlənilmədən elan edəcək. Nəşrin məlumatına görə, ötən həftə Zelenski öz ofisinə tam atəşkəsdən sonra seçkilərin təşkili ilə bağlı işə başlamağı tapşırıb, ABŞ rəhbərliyi isə buna aprelin sonuna qədər nail ola biləcəyinə inanır.
Ukraynada prezident seçkiləri iyulda keçirilə bilər"Prezident seçkilərinin vaxtı mayın 8-dən gec olmayaraq baş tutmalı olan hərbi vəziyyətin uzadılması ilə bağlı Ali Radada səsvermənin nəticələrinə əsasən qiymətləndirilə bilər. Zelenski yayda seçki keçirməyi hədəfləyir. Eyni zamanda, Ukrayna qanunları seçki kampaniyası üçün 60 gün ayırır, ona görə də ən erkən tarix iyul ayıdır. Qarşıdan gələn kampaniya üç ay davam edə bilər, çünki hakimiyyət seçici siyahılarını yenidən tərtib etməlidir", – məqalədə deyilir.
Ukraynada prezident seçkiləri iyulda keçirilə bilərUkraynanın keçmiş prezidenti Pyotr Poroşenko bəyan edib ki, seçkilər "avqustdan oktyabr ayına qədər istənilən vaxt" keçirilə bilər. O, Ukrayna Təhlükəsizlik Şurasının ona qarşı sanksiyalar tətbiq etməsini xatırladaraq, seçki kampaniyasının artıq başladığı barədə fikirlərini bildirib.
Ukraynada prezident seçkiləri iyulda keçirilə bilər"The Economist" yazıb ki, Poroşenkoya qarşı məhdudiyyətlərin tətbiqinə səbəb onun ABŞ-yə səfəri və orada prezident Donald Trampın yaxın çevrəsinin nümayəndələri ilə görüşü ola bilərdi.
Poroşenkonun sözlərinə görə, Zelenskinin köməkçiləri onu səfərdən çəkindirməyə çalışıblar. Sabiq prezident sanksiyaların onun seçkilərdə iştirakının qarşısını almağa və Ukraynanın Böyük Britaniyadakı səfiri Valeriy Zalujnıya bir siqnal kimi xidmət edir: "Səfirin yarışa girəcəyi təqdirdə Zelenskini məğlub etmək şansı yüksəkdir".
Ukraynada prezident seçkiləri iyulda keçirilə bilərEyni zamanda, "Batkivşina" partiyasından olan deputat Serqey Vlasenko bəyan edib ki, mayın 8-dək davamlı atəşkəsə nail olmaq qeyri-real ssenari kimi görünür. O, seçkilərin tezliklə keçirilməsi üçün başqa problemi xaricdəki milyonlarla ukraynalının səsvermədə iştirakının təmin edilməsi məsələsində görür. Qeyd olunub ki, müxalifət deputatları münaqişə nəhayət həll olunmamış seçkilərin keçirilə biləcəyinə şübhə ilə yanaşır.
Ukraynada prezident seçkiləri iyulda keçirilə bilərOnlar deyirlər ki, ədalətli səsverməni təmin etmək üçün müharibə dövründəki senzura ləğv edilməlidir. Jurnal belə qənaətə gəlib ki, seçki prosesinin qaydalarında istənilən dəyişiklik ölkə konstitusiyasına düzəlişlər edilməsini tələb edəcək və bunun üçün xalq nümayəndələrinin 2/3-nin səsi tələb olunacaq.

Siyasi       Tarix: 30 mart 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən ən son xəbər bu gune olan xeberler son.xeber en son xeberleri