Ukraynada sülhə nail olmaq üçün növbəti görüş Türkiyədə olacaq - Bloomberg
Bu ayın sonunda Ukraynada sülhə nail olmaq üçün Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən görüşə bənzər üçüncü beynəlxalq görüş keçirilməlidir.
KONKRET.azxəbər verir ki, Bloomberg-in mənbələrə istinadən yazdığına görə, görüşə Türkiyə ev sahibliyi edəcək.
Gündəmdə Vladimir Zelenskinin Rusiya qoşunlarının Ukraynadan tamamilə çıxarılmasını nəzərdə tutan 10 bəndlik sülh planı var. Kiyevin bu ilin sonunda sülh təklifləri üzrə qlobal sammit keçirmək planları da müzakirə ediləcək.
Görüşdə məhdud sayda rəsmilərin, o cümlədən ABŞ nümayəndələrinin də iştirakı gözlənilir.
Bildirilir ki, iclasın təşkilatçıları Çinin də bu müzakirələrdə iştirakını istəyirlər, lakin Pekinin nümayəndə göndərib-göndərməyəcəyi hələlik məlum deyil.
Ariz Həsənoğlu,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ