Ukraynadakı vətəndaşlarımızın Rumıniya üzərindən Azərbaycana gəlişi sadələşdirilib

Ukraynadakı vətəndaşlarımızın Rumıniya üzərindən Azərbaycana gəlişi sadələşdirilib"Ukraynadan Moldovaya gələn və hava yolu ilə Azərbaycana getmək üçün Moldovadan Rumıniyaya yola salınan vətəndaşlarımız üçün prosedur daha da sadələşdirilib, tranzit vizası ləğv olunub".
Bunu APA-ya açıqlamasında Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bildirib.
Qüdsi Osmanov deyib ki, dünən gecə Azərbaycan və Rumıniya Xarici İşlər nazirlikləri arasında danışıqlardan sonra qərar verilib ki, Ukraynadan Moldovaya gələn Azərbaycan vətəndaşlarının Rumıniyaya keçməsi üçün viza tələb olunmasın:
"Sadəcə, bizim Səfirlik Azərbaycana hava yolu ilə getmək üçün Rumıniyaya keçəcək vətəndaşlarımızın ad və soyadlarını təqdim edir, o cümlədən Rumıniyanın Moldovadakı səfirliyinə məktub yazırıq ki, bu insanlar sərhəddən keçəcək. Rumıniya Səfirliyi də bu məlumatları Rumıniya Xarici İşlər Nazirliyinə göndərir və sərhəddən artıq həmin vətəndaşlar Rumıniyaya buraxılır. Ancaq Moldova-Rumıniya sərhədini keçmək üçün həmin vətəndaşlarımızın həm də Buxarestdən Azərbaycana tranzit uçuş üçün təyyarə bileti alması lazımdır. Bu biletlər Moldovada onlayn qaydada, yaxud aviakassalardan alına bilər. Kimin imkanı var, biletini alır, kimin də pulu yoxdur, onları da yerləşdirmişik və onların da Azərbaycana qayıtması üçün müvafiq addımlar atılır. Bu insanlar da Azərbaycana qayıdacaqlar".
Səfir onu da qeyd edib ki, indiyə qədər Ukraynadan Moldovaya 500-ə qədər Azərbaycan vətəndaşı gəlib:
"Vətəndaşlarımızı Səfirliyimizin əməkdaşı Palanka və Oxnitsa sərhəd-keçid məntəqələrindən avtobusla Kişinyova yola salır, Səfirlik bunun xərcini özü ödəyir. Kişinyova gələndə də bu insanların hər biri xüsusi diqqət mərkəzində olur, müvafiq qaydada yerləşdirilirlər. Bunun üçün Moldova hökuməti müvafiq yerlər ayırıb, eyni zamanda, burada yaşayan azərbaycanlılar da onları öz evlərində yerləşdirir. Onlardan kimin imkanı var, otellərdə qalır. Yəni bu sahədə də bir problem yoxdur".
Qeyd edək ki, Moldova hökuməti Ukraynadan hazırda qaçqınları qəbul etmək üçün iki sərhəd-keçid məntəqəsi müəyyənləşdirib. Bunlar Palanka və Oxnitsa sərhəd-keçid məntəqələridir.

Sosial       Tarix: 27 fevral 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


azerbaycan xeberleri son xeberler yeni xeberler siyaseti xeberler bugun son xabar valyuta mezennesi cəbhədən son dəqiqə