Ukraynalı deputat: "Azərbaycan və Ukrayna bir-birini gücləndirir

Ukraynalı deputat: "Azərbaycan və Ukrayna bir-birini gücləndirirUkraynalı deputat: "Azərbaycan və Ukrayna bir-birini gücləndirir"
Dünən Azərbaycan və Ukrayna prezidentləri arasında telefon danışığı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edən Ukraynanın Prezidenti Vladimir Zelenski bir neçə gün əvvəl Azərbaycanın Ukraynanın yeni Milli Təhlükəsizlik Strategiyasında göstərilən strateji tərəfdaş ölkələr siyahısına daxil edilməsi barədə qərarın qəbul olunduğunu bildirib.
Dövlət başçıları suverenlik və ərazi bütövlüyü məsələlərində qarşılıqlı dəstək ifadə ediblər.
Prezidentlər Ukraynada Azərbaycandan olan investorların iştirak etdiyi genişmiqyaslı infrastruktur və investisiya layihələrinə də toxunublar. Bundan əlavə, Vladimir Zelenski Azərbaycan şirkətlərini Ukraynadakı geniş özəlləşdirmə layihələrində iştirak etməyə dəvət edib.
Ukraynanın Milli Təhlükəsizlik Strategiyasında təsdiqlənən strateji tərəfdaşlıq kursu Ermənistanın və bəzi ukraynalı analitiklərin ürəyincə olmayıb.
Media.Az bu məsələlərlə əlaqədar Ukrayna Ali Radasının deputatı, "Ukrayna-Azərbaycan" parlament dostluq qrupunun rəhbərinin müavini Yuri Pavlenko ilə söhbət edib:
- Dərhal qeyd etmək istərdim ki, Azərbaycan bizim üçün həmişə beynəlxalq siyasətdə strateji və çox vacib tərəfdaş olub. Çoxsaylı görüşlər və danışıqlar bunu sübut edir. Prezident Vladimir Zelenskinin də bunu təsdiq etməsi ölkələrimiz arasındakı münasibətlərdə sabitliyin və ardıcıllığın olduğunu göstərir.
Strateji tərəfdaşlıq həm də ölkələrimizin təşəbbüslərinin beynəlxalq arenada bir-birinə qarşılıqlı dəstəyidir.
Bu, Ukrayna və Azərbaycan prezidentlərinin müzakirə etdiyi iqtisadi əməkdaşlıq, qarşılıqlı sərmayələrdir və tərəfdaşlığın əsas amillərindən biridir. Əminəm ki, Azərbaycanın Ukraynanın Milli Təhlükəsizlik Strategiyasına daxil edilməsi növbəti müsbət siqnaldır. Biz bu vasitə ilə bir-birimizi gücləndiririk.
- Qeyd etməyə bilmərəm ki, bu qərar bəzi qonşu ölkələrin çox da xoşuna gəlmədi. Misal üçün, Azərbaycandan fərqli olaraq BMT-də Ukraynanın müvəqqəti işğal edilmiş ərazilər üzrə qətnaməni dəstəkləməyən Ermənistanda tənqidi yazılar dərc olundu. Bir sıra ekspertlərin və bəzi Ukrayna mətbu orqanlarının reaksiyası da aydın deyil. Məsələn, Ukraynanın "Avropa həqiqətləri" nəşrində dərc olunan materialda qeyd edilir ki, "Azərbaycanın bu siyahıda olması, yumşaq desək, təəccüblüdür".
- Bilirsiniz, tənqid hər zaman olur. Ancaq ən əsası Ukrayna dövlətinin, ölkə rəhbərliyinin siyasətində ardıcıllığın olması və kimin əsl dost olduğunu başa düşməsidir. Bir daha təkrar edirəm ki, Azərbaycan uzun müddətdir bizim strateji tərəfdaşımıza çevrilib. Bakı və Kiyev həmişə razılaşmalara hörmətlə yanaşmış və bir-birlərinə dəstək olmuşlar. Bizim strateji tərəfdaşlığımız təbiidir və görülən konkret əməllərlə, zamanla özünü təsdiqləyib. Bizim ölkələrimizin arasını vurmaq istəyən bədxahlar həmişə olub, var və olacaq. Ancaq onlar heç nəyə nail olmayacaqlar. Məsələ yalnız hökumətlər arasındakı əməkdaşlıqda deyil, əslində hər şey xalqlarımızın əlindədir və bizim qarşılıqlı anlaşmamız, birliyimiz var.
Yeri gəlmişkən, ilin əvvəlində sizə verdiyim müsahibədə Ukraynanın parlament nümayəndə heyətinin ölkənizdəki parlament seçkilərindən sonra Bakıya gəlməyə hazırlaşdığını açıqlamışdım. Səfərə koronavirusla əlaqədar tətbiq edilən karantin mane oldu. Ancaq biz karantin müddəti bitəndən dərhal sonra Azərbaycana gəlməyi planlaşdırırıq. /oxu.az

Siyasi       Tarix: 25 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun meherremlik 2026 cəbhədən görüntülər xeberler bu qun