Ukraynalı ekspertlər: "Müharibə yoxdursa, deməli hərbi əsirlər yoxdur, terrorçular var" - ŞƏRH + FOTO

Ukraynalı ekspertlər: "Müharibə yoxdursa, deməli hərbi əsirlər yoxdur, terrorçular var" - ŞƏRH + FOTOUkraynalı ekspertlər: "Müharibə yoxdursa, deməli hərbi əsirlər yoxdur, terrorçular var" - ŞƏRH + FOTO
"Hamının hamıya" prinsipi ilə mübadilə aparılsa da, Ermənistan hələ də Azərbaycanın guya hərbi əsirləri geri qaytarmaması mövzusuna toxunmağa davam edir. Belə ki, Ermənistan Xarici İşlər naziri Ara Ayvazyan yanvarın 13-də BMT-nin Baş katibi Antonio Quterreşə əsir götürülmüş onlarla erməni hərbçisi barədə məktub göndərib.
Əslində söhbət müharibə bitəndən sonra Ermənistandan Azərbaycanın Xocavənd rayonuna göndərilən təxribatçılardan gedir. Əgər onlar Ermənistan silahlı qüvvələrinin hərbçiləridirsə, bu o deməkdir ki, İrəvan atəşkəsi pozub. Ancaq bunu Ermənistanda etiraf etmirlər. Belə çıxır ki, onlar Azərbaycanda vuruşmağa, hərbçilərə və mülki şəxslərə hücum etməyə qərar verən, Ermənistan tərəfindən nəzarət olunmayan silahlılar, təxribatçılardır. Belə olduğu halda, onları mühakimə gözləyir.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi bir neçə gün əvvəl verdiyi açıqlamada Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin birgə həyata keçirdiyi əməliyyat nəticəsində Ermənistan tərəfindən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məqsədyönlü şəkildə yerləşdirilmiş 62 nəfərdən ibarət erməni terrorçu-təxribatçı qrupunun tutulduğunu qeyd edib.
Eyni zamanda, araşdırma zamanı məlum olub ki, qrup üzvləri 26 noyabr 2020-ci il tarixində, yəni Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentləri və Ermənistan Baş naziri tərəfindən imzalanan atəşkəs razılaşmasından iki həftədən çox müddət keçdikdən sonra Azərbaycana göndəriliblər.
Əsrlərin geri qaytarılması mövzusu ordusunun əsl itkilərini hələ də gizlədən Ermənistan rəhbərliyi üçün son dərəcə ağrılıdır. Təsadüfi deyil ki, yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü zamanı Nikol Paşinyan bu məsələyə toxunmuşdu. Təbii ki, Ermənistanın baş naziri dəstəklənmədi.
Kimləri əsir hesab etmək olar? Media.Az şərh üçün ukraynalı hərbi ekspertlərə, general-mayor, Ukrayna Təhlükəsizlik Xidməti rəhbərinin keçmiş müavini Mixail Qluqovski və ehtiyatda olan polkovnik, Ukrayna Baş Qərargah Əməliyyat İdarəsinin keçmiş əməkdaşı Oleq Jdanova müraciət edib.
Mixail Qluqovski:
Ukraynalı ekspertlər: "Müharibə yoxdursa, deməli hərbi əsirlər yoxdur, terrorçular var" - ŞƏRH + FOTO- Çox qısaca cavab verəcəyəm. Müharibə varsa, hərbi əsirlər də var. Müharibə yoxdursa, hərbi əsir yoxdur.
Oleq Jdanov:
Ukraynalı ekspertlər: "Müharibə yoxdursa, deməli hərbi əsirlər yoxdur, terrorçular var" - ŞƏRH + FOTO- Onları göndərən ölkə (döyüş əməliyyatları bitdikdən sonra - red.) silahlı qüvvələrinə mənsub olduqları faktını etiraf edirsə, deməli, onlar hərbi əsirdirlər.
- Bu sübut olunmuş fakt olsa da, Ermənistan hərbçi göndərmək faktını etiraf etmir...
- ... Əgər etiraf etmirsə, deməli onlar terrorçular və hərbi cinayətkarlardır.
- Həbs edilənlər təxribat törədib, həm Azərbaycan hərbçilərinə, həm də mülki şəxslərə hücum ediblər. Eyni zamanda, Azərbaycanda hərbi vəziyyət ləğv edilib.
- Azərbaycan öz ərazisindəki xüsusi təyinatlı qüvvələrin iştirakı ilə anti-terror əməliyyatları da daxil olmaqla, təmizləmə əməliyyatları həyata keçirmək hüququna sahibdir. Bura sizin ərazinizdir və heç kim bu cür əməliyyatları qadağan edə bilməz. Anti-terror əməliyyatı elan edilərsə, bir şərt qoyula bilər: ya təslim olun, ya da məhv ediləcəksiniz.

Siyasi       Tarix: 15 yanvar 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən xəbər azerbaycanda son xeberler xeberler az ən son xəbər