Ukraynalı politoloq: Qərb Ermənistana qarşı sanksiyalar tətbiq edə bilər - ÖZƏL

Ukraynalı politoloq: Qərb Ermənistana qarşı sanksiyalar tətbiq edə bilər - ÖZƏLUkraynalı politoloq: Qərb Ermənistana qarşı sanksiyalar tətbiq edə bilər - ÖZƏL
Bəzi erməni kütləvi informasiya vasitələrində Krımdan Ermənistana ilk "beynəlxalq uçuş"un başlanması barədə məlumat yayılıb.
Bildirilib ki, ilhaq edilmiş yarımadanın turizm, kurortlar və idman komitəsinin sədri Aleksey Çernyak Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin ("Rosaviasiya") 2020-ci ildə Simferopol (Krım) və Yerevan (Ermənistan) hava limanları arasında aviaəlaqənin açılmasını razılaşdırdığını bildirib.
"Cari ilin mart ayından Krım və Ermənistan arasında müntəzəm aviareyslərin başlanması planlaşdırılır. "İkar" aviaşirkəti artıq müntəzəm uçuşlar üçün "Rosaviasiya"dan müvafiq icazə və təsdiq alıb. İndi məsələ, o cümlədən, uçuş cədvəlləri və hava limanları ilə razılaşmalar baxımından hazırlıq və razılaşdırma mərhələsindədir.
Uçuşlar mart ayından həftədə iki dəfə planlaşdırılır. Daha sonra isə tələbatdan asılı olacaq, lakin həftədə yeddi dəfədən artıq olmayacaq", - Çernyak bildirib.
Qeyd etmək lazımdır ki, Simferopol-Yerevan reysinin başlanmasına dair informasiyanın rəsmi təsdiqi yoxdur.  
Ukraynalı diplomat və politoloq Vadim Tryuxan Oxu.Az-a bildirib ki, Rusiya üçün Krım hava limanları və Sevastopoldan müntəzəm birbaşa beynəlxalq aviaəlaqələrin təşkil olunması - prinsip məsələsidir:
"Ənənəvi olaraq Rusiyaya yönələn Ermənistan çətin ki, belə bir təhlükəli presedentin yaradılmasına getsin. Düşünürəm ki, ukraynalı diplomatlar Ermənistan rəhbərliyinə belə bir hipotetik qərarın faydalarının onun mümkün nəticələrilə nisbətdə müqayisəolunmaz şəkildə az olacağını izah edə biləcəklər.
Bu yaxınlarda Ukraynanın İrəvandakı səfirliyinə təcrübəli ukraynalı diplomat - İvan Kuleba rəhbərlik edib.
"Ukraynada gözəl bilirlər ki, Rusiya öz maraqları naminə bu yarımasılı ölkədən istifadə etməyə çalışacaq. Buna görə də bu və buna bənzər vəziyyətlərdə Ukrayna qabaqlayıcı tədbirlər görəcək", - o bildirib.
Ukraynalı politoloq: Qərb Ermənistana qarşı sanksiyalar tətbiq edə bilər - ÖZƏLPolitoloq qeyd edib ki, Simferopol və Yerevan arasında birbaşa aviaəlaqələr ilk dəfə hələ 2014-cü ilin oktyabrında anons edilib. Lakin hər şey əvvəlki kimidir.
Öz növbəsində ukraynalı siyasi ekspert Petro Oleşçuk Oxu.Az-a bildirib ki, Krımdan Ermənistana aviareysin açılması informasiya tullantısından başqa bir şey deyil:
"Aydındır ki, bu növbəti informasiya tullantısıdır. Yerevan-Krım aviareysinin açılması barədə şayiələr artıq 2019-cu ilin dekabrında aktiv şəkildə tirajlanırdı. Ancaq nəticədə, Ermənistanın Baş nazirinin Aparatının İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzi məlumatların həqiqəti əks etdirmədiyini bildirdi.
Öz növbəsində Ermənistan Mülki Aviasiya Komitəsindən bildirilib ki, göstərilən Rusiya şirkəti ilə belə müzakirələr aparılmayıb, Krım istiqamətinin açılması üçün müraciətlər daxil olmayıb.
Ukraynalı politoloq: Qərb Ermənistana qarşı sanksiyalar tətbiq edə bilər - ÖZƏLEkspert onu da qeyd edib ki, Ermənistan aviaəlaqəni yaratmaq qərarına gəlsə, bu zaman Qərb Ermənistana qarşı sanksiyalar tətbiq edə bilər.
Ukraynalı politoloq hər şeyə baxmayaraq Ermənistanın Krımla aviaəlaqə yaratmaq qərarının qəbul edilməsi ilə bağlı özünə hesabat verəcəyinə ümid etdiyini, əks halda rəsmi Yerevanın mümkün fəsadlarla qarşılaşa biləcəyini bildirib.
"Ancaq hazırda əminliklə deyə bilərəm ki, bu, "saxtadır", - ekspert fikrini tamamlayıb.
Hüseyn Səfərov

Siyasi       Tarix: 11 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bu qun hava haqqinda apa.az xeberler son xeberler bugun 2026 azerbaycan