Ülvi Quliyev: "Şamaxıdakı ziyarətgahların bərpası savab işdir

Ülvi Quliyev: "Şamaxıdakı ziyarətgahların bərpası savab işdirÜlvi Quliyev: "Şamaxıdakı ziyarətgahların bərpası savab işdir"
"Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şamaxı şəhərinə səfəri koronavirus pandemiyası dövründə də regionların sosial-iqtisadi inkişafının diqqət mərkəzində saxlanıldığının bariz nümunəsidir".
Bunu Report-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev deyib.
O vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 2003-cü ildən bölgələrdəki problemlərin həllinə böyük önəm verir. Deputat xatırladıb ki, indiyə qədər regionların inkişafı üçün dörd dövlət proqramı imzalanıb, onlardan üçünün həyata keçirilməsi başa çatıb, dördüncü proqram isə icra olunmaqdadır:
"2019-2023-cü illərdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramının icrası davam edir. Bundan başqa, cənab Prezident bölgələrdəki problemlərin həlli, müasir infrastrukturun yaradılması, yolların tikintisi, əhalinin içməli su ilə təmin olunması, suvarma suyu probleminin aradan qaldırılması, məktəb, uşaq bağçası, xəstəxana binalarının, mədəniyyət evlərinin, olimpiya mərkəzlərinin tikintisi ilə bağlı yüzlərlə sərəncam və fərman imzalayıb. Bütün bunlar nəticəsində regionlarda şəhər, qəsəbə və kəndlərin siması köklü şəkildə dəyişib, regionların potensialı artıb, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açılıb".
Ülvi Quliyev: "Şamaxıdakı ziyarətgahların bərpası savab işdirÜ.Quliyev bildirib ki, Prezident regionlarla bağlı yalnız dövlət proqramları təsdiqləməklə, sərəncam və fərman imzalamaqla kifayətlənmir, tez-tez bölgələrə səfərlər edərək vəziyyətlə yerindəcə tanış olur, işlərin icrasına nəzarət edir, tapşırıq və tövsiyələrini verir: "Ən əsası isə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmişə bölgələrdə yaşayan insanlarla bir yerdədirlər, onların problemlərinin həllini daim diqqət mərkəzində saxlayırlar. Dövlət başçısı və birinci xanımın regionlara səfərinin əsas məqsədlərindən biri də insanları dinləmək, rayonlarda yaşayan vətəndaşlarımızın üzləşdikləri problemləri onların öz dilindən eşitməkdir.
Prezident İlham Əliyev mayın 21-də Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edərkən bildirdi ki, bölgələrdə gedən işlər daim nəzarətindədir.
Dövlət başçısı vurğuladı ki, çoxsaylı səfərləri, eyni zamanda, o məqsədi güdür ki, görülmüş işlərin icrasını görsün, tanış olsun və insanları narahat edən problemləri onlardan eşitsin. Prezident bu sözləri söyləyəndən dörd gün sonra Şamaxı şəhərinə səfər etdi. Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsusi texnikaya baxıblar, rayonun Meysəri kəndində körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər, yeni tikilən çoxmənzilli binalarda yaradılan şəraitlə tanış olublar. Bu səfər Prezident İlham Əliyevin hər bir sözünün, bəyanatının arxasında real işin dayandığını bir daha təsdiqləmiş oldu.
Dövlət başçısı bu səfərlərlə həm də dövlət məmurlarına daim xalqın içində olmaqla bağlı nümunə göstərir".
Deputat hesab edir ki, səfər zamanı diqqəti cəlb edən əsas hadisələrdən biri də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şamaxı şəhərində Pirsaat Baba ziyarətgahının yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olmaları və Pir Ömər Sultan ziyarətgahında olmalarıdır: "Bu onu göstərir ki, Azərbaycanda dini və milli-mənəvi dəyərlərin qorunmasına, gələcək nəsillərə çatdırılmasına böyük önəm verilir. Tarixi şəxsiyyətlərin mənəvi irsi, tarixi abidələr, qədim məscidlər, ziyarətgahlar, maddi və qeyri-maddi sərvətlər tarixilik baxımından nə qədər böyük önəm daşıyırsa, onların qorunması, dağılanların bərpası, gələcək nəsillərə çatdırılması da bir o qədər vacib və savab işdir.
Ülvi Quliyev: "Şamaxıdakı ziyarətgahların bərpası savab işdirSon illərdə bu sahədə çox ciddi işlər görülüb. Xüsusən də, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə böyük layihələr uğurla icra olunub. Bu işlərin nəticəsində dağılmaq təhlükəsi ilə üzləşən məscidlər, türbələr, ziyarətgahlar bərpa olunub, itmək üzrə olan maddi və mənəvi irs yenidən xalqa qaytarılıb. Bilirsiniz ki, ziyarətgahlar böyük din xadimlərinin, şeyxlərin, haqq-ədalətə qulluq edən, ömürlərinin sonuna qədər dini dəyərlər əsasında yaşayan mömin insanlarının adları ilə bağlıdır. İndi onların qəbirlərinin bərpası, adlarına bağlı olan yerlərin abadlaşdırılması, yenidən ziyarətə açılması həm də həmin din xadimlərinin, şeyxlərin, möminlərin ruhlarını şad edir".

Siyasi       Tarix: 26 may 2020
f Paylaş

Oxşar xəbərlər

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi


son xeberler yeni xeberler azerbaycan xeberleri ensonxeberler bu gunun xeberleri haqqinda melumat zelzele kriminal xeberler