Ümumdünya Səhiyyə Təşkilatı beyin qocalmasını ləngidən məhsulları açıqladı

Ümumdünya Səhiyyə Təşkilatı beyin qocalmasını ləngidən məhsulları açıqladıÜmumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il demans xəstələrinin sayı 10 milyonu keçir. Risk faktorlarından biri qeyri-sağlam qidalanmadır. Odur ki, neyronları məhv olmaqdan qoruyan məhsulları pəhrizə daxil etmək vacibdir.
Milli.Az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı beyin qocalmasını ləngidən məhsulları açıqlayıb. Beyin sağlamlığını qoz və avokadodan daha yaxşı dəstəkləyən qidaların siyahısını təqdim edirik.
Şam fıstığı
100 qram şam fıstığında gündəlik manqan nisbətinin 440% -i, 47% E vitamini, 66% mis və 63% maqnezium var. 100 qram fıstıqda avokadodan 20 qat daha çox omeqa-6 yağ turşusu var. Omeqa-6 beyin qocalmasını ləngidir.
Şam fıstığında olan E vitamini beyni oksidləşdirici stressdən qoruyan və idrak qabiliyyətini yaxşılaşdıran əhəmiyyətli antioksidantdır. Maqnezium gərginlikdən qoruyur və bizi stressə davamlı edir.
Mis yadda saxlama və öyrənmə qabiliyyətinə təsir göstərir, lakin artığı da zərərlidir, odur ki, gündəlik tövsiyə olunan normanı aşmayın. Manqan xüsusilə idmanla məşğul olan və stressli işlərdə çalışanlar üçün faydalıdır.
Çuğundur
Çuğundurun tərkibindəki nitritlər beyinə qan axınını artırır, daha çox oksigen almağa kömək edir. 2017-ci ildə aparılan bir araşdırma göstərib ki, çuğundur suyu neyroplastikliyi - beynin dəyişmə qabiliyyətini artırır. Bu xüsusilə yaşlı insanlar üçün vacibdir.
Çuğundura parlaq rəng verən Betanin, beyni Altsheymer xəstəliyindən qoruyur. Tərkibindəki B9 vitamini də beyin sağlamlığında rol oynayır: onun çatışmazlığı idrak funksiyasının zəifləməsinə və demansa səbəb olur. Çuğundurda portağaldan üç dəfə çox B9 vitamini var.
Yaşıl və mate çayı
Mate çayındakı kofein sinir sistemini stimullaşdırır: yorğunluq və yuxu ilə mübarizə aparmağa kömək edir, zehni fəaliyyəti bərpa edir və yaddaşı gücləndirir. Qəhvədən imtina etmək istəyənlər üçün bu çay əla alternativdir.
Mate depressiya əlamətlərini aradan qaldırır və neyronları Parkinson xəstəliyi də daxil olmaqla məhv olmaqdan qoruyur. Mate çayı adi yaşıl çaydan daha faydalı birləşmələrə və maddələrə malikdir.
Nar şirəsi
Nardakı antioksidantlar qırmızı şərab və yaşıl çaydan üçqat daha güclüdür. Sərbəst radikalların meydana gəlməsinə maneə törədir, beyin hüceyrələrini məhv olmaqdan qoruyur və iltihabı azaldır.
Nardakı polifenollar şifahi və vizual yaddaşı yaxşılaşdırır: tədqiqatçılar insanların menyusuna 236 ml nar şirəsi əlavə edərək antioksidantların idrak qabiliyyətinə necə təsir etdiyini araşdırıb. 4 həftədən sonra test zamanı yaddaş keyfiyyətinin yaxşılaşdığı məlum olub.
Sarıkök
Sarıkökdə olan antioksidantlar Altsheymer xəstəliyində yaddaşın yaxşılaşdırılmasına kömək edir. Kukurmin adlı maddə yeni beyin hüceyrələrinin meydana gəlməsini və aralarındakı əlaqələri stimullaşdırır. Bu, əhval-ruhiyyəni yaxşılaşdıran, narahatlığı azaldan hormonların səviyyəsinə təsir göstərən təbii antidepresantdır. Əgər stresslisinizsə, yeməklərə sarıkök əlavə etməyə dəyər.
Mərcimək
200 qram mərcimək B9 vitamininin gündəlik dəyərinin 90%-ni ödəyir, eyni zamanda 49% - manqan, 37% - dəmir və 17% - sink ehtiva edir.
Vitamin B9 yaşlanmağa başlayan beynin inkişafına kömək edir və yaddaşı möhkəmləndirir. Manqan və dəmir sinir sisteminin fəaliyyətində müxtəlif pozğunluqların qarşısını alır, enerji balansını artırır. Sink yaddaşın yaxşılaşması və öyrənmə qabiliyyətini artırmaq üçün lazımdır.
Üzüm
Resveratrol üzüm qabığında olan güclü bir antioksidantdır: beyni Altsheymer xəstəliyinə xas olan zərərdən qoruyaraq, koqnitiv zəifliyi aradan qaldırır.
Üzüm iltihabı aradan qaldırır, narahatlıq, yaddaşın pozulması, hipertoniya və stressin təsirini azaldır. Gündə iki qab üzüm erkən mərhələlərdə yaddaş pozulması ilə əlaqəli xəstəliklərin qarşısını almağa kömək edir.
Çiyələk
100 qram çiyələk C vitamininin gündəlik dəyərinin 98% -ni ehtiva edir. Vitamin C beyin fəaliyyəti üçün digər orqanlardan daha vacibdir. Neyronların normal işləməsini dəstəkləyir, eyni zamanda travmalardan qoruyan güclü antioksidantdır.
Çiyələkdəki flavonoidlər beyin qocalmasını ləngidir. Beyin sağlamlığı ilə əlaqədar çiyələyin xüsusiyyətləri demək olar ki, qarağatla eynidir.
Kişmiş
100 qram kişmişin tərkibində 21% kalium, 150% - bor, 18% - mis, 16% - B6 vitamini var.
Üzümün tərkibindəki bor qısamüddətli və uzunmüddətli yaddaş üçün faydalıdır, qavrayış, məhsuldarlıq və çevikliyi inkişaf etdirir.
Kalium sinir hüceyrələri üçün vacibdir, onun çatışmazlığı yorğunluq və çaşqınlıq yaradır, bəzi hərəkətləri tamamlamaq çətinləşir. (publika.az)
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 01 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal bugun en yeni xeberler metbuat xeberleri valyuta