UNEC və "McDonald"s Azərbaycan" arasında əməkdaşlığın bəhrəsi: Şirkətin dəstək olduğu tələbələrlə müsahibə

UNEC və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və "McDonald"s Azərbaycan" şirkəti fiziki imkanları məhdud olan tələbələrə maliyyə yardım göstərilməsi layihəsi çərçivəsində əməkdaşlığı uğurla davam etdirir.
Xatırladaq ki, UNEC-in rektoru, professor Ədalət Muradov və "McDonald"s Azərbaycan" şirkətinin baş direktoru Oskar Boqopolskinin 2021-ci ildə imzaladığı Memoranduma əsasən, tərəflər tələbələrin müxtəlif istiqamətlər üzrə biliklərinin inkişaf etdirilməsi, istehsalat və könüllü praktiki proqramların təşkili, təlim xərclərinin ödənilməsi, həmçinin sertifikatlaşdırmadan keçmə kimi məsələlərdə əməkdaşlığa başlayıblar.
Memorandumun müddəalarının icrası çərçivəsində ötən il fiziki imkanları məhdud tələbələrə maliyyə yardımının göstərilməsi layihəsinə başlanılıb. Belə ki, müəyyən davamiyyət meyarlarına uyğun olaraq, 15 namizəd arasından 5 UNEC tələbəsi seçilib və onlara maliyyə yardımı göstərilib. "McDonald"s Azərbaycan" şirkəti onların ötən tədris ili üçün təhsil haqqını tam ödəyib.
Bu tələbələrdən biri artıq universitet məzunudur, digər 4 nəfər isə "McDonald"s Azərbaycan" şirkətinin dəstəyi ilə təhsilini davam etdirəcək. Şirkət onların cari tədris ili üçün təhsil xərclərini qarşılayacaq.
Seçilmiş tələbələrdən biri Fransanın Monpelye Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramı üzrə təhsilini başa vurmuş Əhməd Abdullayevdir.
UNEC və UNEC və  2022-ci ildə UNEC-in Maliyyə və mühasibat fakültəsini bitirən Əhməd eyni zamanda iki ali təhsil müəssisəsinin diplomunu əldə edib.
"Mən 3-cü qrup əliləm. Bütün lazımi meyarlara cavab verdiyim üçün proqramda iştirak üçün müraciət etmək qərarına gəldim.
Xüsusi komissiya bütün müraciətlərə baxdıqdan sonra yaxşı qiymətlərimi nəzərə alaraq, məni 5 qalibdən biri kimi seçdi. Siyahı 2021-ci ilin dekabrında dərc olundu və orada adımı görəndə sevincimin həddi-hüdudu yox idi. Bu layihə tələbələr üçün əla fürsətdir. Təhsil almaq və inkişaf etmək istəyən gəncləri dəstəklədiyi üçün "McDonald"s Azərbaycan" şirkətinə təşəkkür etmək istəyirəm".
UNEC və Müsabiqənin digər qalibi, Biznes və Menecment fakültəsinin 2-ci kurs tələbəsi Telli Yusifli də Ə.Abdullayevlə eyni fikirdədir:
UNEC və "Mən də xüsusi komissiya tərəfindən seçilən və "McDonald"s Azərbaycan"dan dəstək alan 5 tələbədən biriyəm. Şirkət mənim bütün təhsil xərclərini ödəyir. Bu gözəl təşəbbüsə görə dərin minnətdarlığımı bildirirəm".
Maliyyə və mühasibat fakültəsinin 4-cü kurs tələbəsi Nəzrin Abbaslı da proqramda iştirakla bağlı təəssüratlarını bölüşüb:
UNEC və "Şirkət tərəfindən dəstəklənən 5 tələbə arasında olmaq məni çox sevindirdi. O qədər xoşbəxt idim ki, əvvəlcə bunun həqiqət olduğuna inana bilmirdim. Əminliklə deyə bilərəm ki, bu, mənim daha da yaxşı oxumağım və əldə etdiklərimlə kifayətlənməməyim üçün stimul oldu. Bu gözəl proqramın həyata keçirilməsində əməyi olan hər kəsə öz adımdan və ailəmizin adından təşəkkür edirəm!".
UNEC-in Zaqatala filialının 2-ci kurs tələbəsi Aşabel Osmanova xatırlayaraq deyir ki, "McDonald"s Azərbaycan" şirkətinin onun təhsili ilə bağlı bütün xərcləri öz üzərinə götürməsi haqqında xəbər bütün ailəsi üçün xoş sürpriz olmuşdu.
UNEC və "Seçilmiş 5 tələbədən biri olduğumu öyrənəndə sevincimin həddi-hüdudu yox idi. "McDonald"s Azərbaycan" bu tədris ilində yenidən təhsil xərclərimi öz üzərinə götürdü və bununla, ailəmizə böyük dəstək vermiş oldu. Tələbə və onun valideynləri üçün bundan böyük sevinc ola bilməz.
Ümid edirəm ki, nə vaxtsa "McDonalds"ın Zaqatala-Balakən bölgəsində də filial açacaq. Orada menecer kimi işləmək şansım olsa, buna şad olaram! Bu gözəl layihəyə görə təşkilatçılara bir daha təşəkkürümü bildirirəm", - Aşabel Osmanova bildirib. / azxeber.com

İqtisadiyyat       Tarix: 05 oktyabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə


son xeberler yeni xeberler azerbaycan xeberleri son xabarlar cəbhədən son xəbər cəbhədən şad xəbər xeber az