Unibank 2025-ci ildə 4,5 milyon manata yaxın yaşıl kredit verib

Unibank 2025-ci ildə 4,5 milyon manata yaxın yaşıl kredit veribUnibank 2025-ci il ərzində dayanıqlı maliyyələşmə istiqamətində fəaliyyətini genişləndirərək, ümumilikdə 4 445 000 manat məbləğində 14 kredit təqdim edib. Bu maliyyələşmələr bankın yaşıl iqtisadiyyatın təşviqinə yönələn yanaşmasının tərkib hissəsi olmaqla, ekoloji mənfi təsiri azaldan və resurs səmərəliliyini artıran həllərə dəstəyi gücləndirir.
İl ərzində təqdim olunan kreditlərin əsas hissəsi yaşıl nəqliyyatın maliyyələşdirilməsinə yönəlib. Belə ki, 4 040 000 manat məbləğində 13 kredit məhz yaşıl nəqliyyat üzrə maliyyələşdirməni əhatə edib. Bu kreditlər daha səmərəli və ekoloji baxımdan üstün nəqliyyat həllərinin genişlənməsinə töhfə verərək, karbon emissiyalarının azaldılması istiqamətində müsbət təsir yaradır.
Yaşıl nəqliyyat portfeli daxilində Yango layihəsi xüsusi paya malikdir. Layihə çərçivəsində 3 245 000 manat məbləğində 8 kredit təqdim olunub.
Bununla yanaşı, 405 000 manat məbləğində 1 kredit tibb mərkəzində avadanlıqların yenilənməsinin maliyyələşdirilməsi məqsədilə verilib. Yenilənən avadanlıqlar elektrik enerjisinə əhəmiyyətli qənaət edilməsinə töhfə verərək, enerji səmərəliliyinin artırılmasını dəstəkləyir.
"Unibank"ın 2025-ci ildə təqdim etdiyi yaşıl kreditlər bankın Dayanıqlılıq Strategiyası və ona əsaslanan Dayanıqlılıq Siyasəti ilə birbaşa uzlaşır. Bank dayanıqlı maliyyə həllərini genişləndirməklə, ölkənin yaşıl iqtisadiyyat gündəliyinə, iqlim öhdəliklərinə və enerji səmərəliliyi istiqamətində hədəflərinə töhfə verməyə davam edir.
Unibank- Sənin Bankın! / azxeber.com

İqtisadiyyat       Tarix: 11 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

"Kontakt"dan ad günü sürprizi: kontakt.az-da yenilik var

Azərbaycanda elektron ticarətin inkişafında ön sıralarda gedən "Kontakt"ad günü ərəfəsində onlayn alış-veriş platforması olan saytınıyeniləyib. İndi məhsulu tapmaq, seçmək və sifariş vermək daha asandır. Bu, -ı

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd


azerbaycan xeberleri yeni xeberler son xeberler bugunun xeberleri krimnal bugun son xeberler 2026 ən son xəbərlər