Unibank 5 nominasiya üzrə qalib oldu
Unibank Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən həyata keçirilən "Bankçılıq Mükafatları - 2025" təşəbbüsü çərçivəsində 5 nominasiya üzrə qalib olub. Qiymətləndirmə bankların müxtəlif sahələr üzrə fəaliyyətlərini əhatə edib.
azxeber.com xəbər verir ki, qiymətləndirmənin nəticələrinə əsasən, Unibank aşağıdakı nominasiyalar üzrə mükafatlandırılıb:
"Korporativ sosial məsuliyyət" – Bankın sosial yönümlü layihələri, inklüziv təşəbbüsləri və cəmiyyətə verdiyi davamlı töhfələr bu kateqoriyada yüksək qiymətləndirilib.
"Maliyyə savadlılığı dəstəkçisi" – Bankın geniş auditoriyanı əhatə edən maarifləndirici proqramları, təlimlər və rəqəmsal kontent vasitəsilə maliyyə biliklərinin artırılmasına verdiyi töhfə bu nominasiyada önə çıxıb.
"Təhsil dəstəkçisi" – "Unibank"ın təhsil sahəsində həyata keçirdiyi layihələr, gənclərin inkişafına yönəlmiş təşəbbüslər xüsusi qeyd olunub.
"Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)" – Bankın ekoloji məsuliyyət, sosial təsir və korporativ idarəetmə prinsiplərinə uyğun fəaliyyətləri, eləcə də dayanıqlı inkişafı təşviq edən layihələri bu istiqamətdə fərqlənməsinə səbəb olub.
"Beynəlxalq əməkdaşlığın inkişafında fərqlənən bank" – "Unibank"ın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığının genişləndirilməsi, xarici tərəfdaşlıqlar və qlobal maliyyə sisteminə inteqrasiya istiqamətində atdığı addımlar yüksək qiymətləndirilib.
"Unibank"ın 5 nominasiya üzrə əldə etdiyi bu nəticə bankın yalnız maliyyə xidmətləri sahəsində deyil, eyni zamanda sosial məsuliyyət, təhsil, innovasiya və beynəlxalq əməkdaşlıq istiqamətlərində də ardıcıl və strateji fəaliyyətinin göstəricisidir.
Unibank- Sənin Bankın!

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb