Unibank Azərbaycan maliyyə bazarı üçün bir ilkə imza atıb

Unibank Azərbaycan maliyyə bazarı üçün bir ilkə imza atıbUnibankAzərbaycan bazarında ilk dəfə olaraq qabaqcıl beynəlxalq standartlara uyğun,yaşıl istiqraz kimi təsnifatlaşdırıla bilən qiymətli kağızlar buraxır.
Buistiqrazlar, yaşıl maliyyələşmənin inkişafına töhfə verməklə, investorlara "dayanıqlı gələcəyə" yatırım etmək imkanı yaradır. Faizli, sənədsiz, adlı, təmin edilməmişistiqrazların tədavül müddəti 36 ay, nominal dəyəri 100 manat, illik faiz dərəcəsi11,5%, kupon ödəniş dövrü hər 3 aydan bir, emissiya həcmi isə 20 milyon manat təşkiledir.
"Unibank KB" ASC-nin İH-nin sədri Fərid Abuşovbildirib ki, müstəqil beynəlxalq qiymətləndirici tərəfindən yaşıl maliyyələşməmeyarlarına uyğun istiqrazların buraxılması təşəbbüsü, milli prioritetlərimizinrealizasiyasının dəstəkləməsi və ölkəmizdə maliyyə sektoru tərəfindən ilkolması baxımından qürurvericidir: "Bu istiqrazlar, maliyyə məqsədlərimizin ətrafmühit və sosial problemlərin həlli üzrə formalaşan çağırışlar və ölkəmizinsosial-iqtisadi inkişaf strategiyası ilə uyğunlaşdırıldığını göstərən əhəmiyyətlitəşəbbüslərdən biri olmaqla yanaşı, həm də COP29 öncəsi iqlim maliyyələşməsinininkişafının dəstəklənməsinə yönəlmiş bir addımdır. Yaşıl layihələrin maliyyələşdirilməsiməqsədilə buraxılmış bu istiqrazlar, iqlim dəyişmələrinin mitiqasiyası üzrə tədbirləridəstəkləməklə, dayanıqlı maliyyələşmənin və "yaşıl artım"ın təmin edilməsinəBankımız tərəfindən töhfə verilməsini hədəfləyir. Yaşıl layihələr dedikdə, biz,qabaqcıl beynəlxalq standartlara uyğun olaraq, enerji səmərəliliyi, bərpaolunan enerji, təmiz nəqliyyat, dayanıqlı tikinti və digər layihələri nəzərdətuturuq. Bu layihələrə maliyyələşmənin artırılması ətraf mühit, sosial vəiqtisadi dayanıqlığın dəstəklənməsi baxımından zəruridir."
Unibank sədri qeyd edib ki, qabaqcıl beynəlxalq təcrübəvə aparılmış araşdırma nəticələri dayanıqlımaliyyə prinsiplərinin və ESG faktorlarının maliyyə institutları tərəfindənbiznes strategiyasına, korporativ idarəetmə və risklərin idarə edilməsi sistemlərinəinteqrasiyasının uzunmüddətli dövrə onların dayanıqlığının təmin edilməsi üçünzəruri olduğunu göstərir: "Bu, bizim hazırda bu mövzuda requlyatorun datövsiyələri nəzərə alınmaqla formalaşdırdığımız dayanıqlı maliyyəyanaşmamızı dəstəkləyir. Dayanıqlı maliyyə yanaşmamızın əsas komponentlərindənbiri məhz şəffaflığın və bütün maraqlı tərəflərə hesabatlılığın təqdim edilməsidir.Bununla bağlı, həm istiqrazlar vasitəsilə maliyyələşdirilən yaşıl layihələrinirəliləyişi və təsiri, həm də dayanıqlı maliyyə yanaşmamızın digər təşəbbüsləriüzrə şəffaflığını və hesabatlılığını təmin edəcəyik".
Beynəlxalqstandartlara uyğun olaraq, yaşıl istiqraz kimi təsnifatlaşdırıla bilən bu qiymətlikağızlar, Astana Beynəlxalq Maliyyə Mərkəzinin müsbət rəyi ilə buraxılır. Qeydedək ki, bir müddət öncə Unicapital İnvestisiya Şirkəti və Astana BeynəlxalqMaliyyə Mərkəzinin (AIFC) nəzdindəki "Yaşıl Maliyyə Mərkəzi" arasında Referal Saziş imzalanıb.Ekolojitəmiz gələcəyə yatırım etmək istəyən investorlar müraciət üçün linkə keçid edəbilərlər:
İstiqrazlar həm fiziki, həmdə hüquqi şəxslər tərəfindən əldə oluna bilər. Bu zaman fiziki şəxslərbütünkomissiya xərclərindən və gəlir vergisindən azadedilirlər.Nominal qiymətin əlçatanlığı, kiçik həcmdə investisiya etmək istəyənlərinbankın yüksək gəlirli yatırım alətindən faydalanmasına imkan verir. Hərrac"Unicapital İnvestisiya Şirkəti" ASC-nin anderraytinq dəstəyi ilə Bakı FondBirjasında birqiymətli hərrac üsulu ilə (nominal qiymətlə) həyata keçiriləcək.
Unibank-Sənin Bankın! / azxeber.com

İqtisadiyyat       Tarix: 22 oktyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son xəbər son xəbərlər azərbaycanda son xeberler bugun 2026 canli valyuta mezenesi