Unibank birinci yarımili yüksək nəticələrlə başa vurdu

Unibank birinci yarımili yüksək nəticələrlə başa vurdu"Unibank" KB ASC 2023-cü ilin ikinci rübü üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
azxeber.com xəbər verir ki, ötəni ilin uyğun dövrü ilə müqayisədə bankın xalis mənfəəti kəskin artıb, aktivlərin həcmi milyard yarımı keçib, kredit portfeli üzrə rekord göstərici əldə olunub. 30 iyun 2023-cü il tarixinə Bankın əməliyyat mənfəəti ötən ilin uyğun dövrü ilə müqayisədə 20 milyon artaraq 28 milyon manatı keçib. Cəmi gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 % artaraq, 148 milyon manat olub. Bankın xalis mənfəəti 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12 dəfə artıb. Bununla da Unibank bu ilin birinci yarısını 9.2 milyon manat xalis mənfəətlə başa vurub.
Unibank KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov 2023-cü ilin birinci yarısını bank üçün uğurlu və inkişaflı dövrlərdən hesab edir: "İlk yarım il ərzində əldə etdiyimiz nəticələr, bankın dayanıqlı inkişafının davam etdiyini və bazar mövqeyinin uğurla möhkəmləndiyini göstərir. Bankın sürətli artımı ilə bərabər kapital mövqeyinin möhkəmlənməsi, xalis mənfəətin həcmindəki ciddi artım, real sektora dəstəyin daha da çoxalması, müştəri əmıliyyatlarının əsasının tədricən rəqəmsal müstəviyə keçidi, bankın stabil və davamlı inkişafının göstəricisidir. Biz çox şadıq ki, son illərdə həyata keçirdiyimiz böyük büdcəli sərmayə layihələri, o cümlədən Leobank layihəsi artıq öz bəhrəsini verməyə başlayıb. Bu xoş nəticələr 2023-cü il üçün qarşıya qoyduğumuz hədəflərə nail olmaqda və müştərilərimiz üçün daha yaxşı layihələr icra etməkdə əminlik yaradır".
Bankın kredit portfeli rekord həddə çataraq ilk dəfə milyardı ötüb və 1 milyard 5 milyon manata çatıb. Bu həm də 2022-ci ilin ilk yarısı ilə müqayisədə 21% artım deməkdir.
Portfelin strukturunda biznes kreditlərinin payı artıb. Biznes kredit portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə 17 % artaraq 311 milyon manata yaxın olub. Ayrıca mikro kreditlər portfeli də ciddi artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə mikrokredit portfeli 41 % artaraq, 155 milyon manata çatıb. Mikrokredit məhsullarının ölkə üzrə mikro sahibkarlara rahat əlçatanlığı,  skorinq sistemi ilə saniyələr ərzində sürətli kreditin verilməsi və digər üstünlüklər Unibankı seçən mikro müştərilərinin sayının artmasına imkan yaradıb. Ötəni ilin uyğun dövrü ilə müqayisədə mikro müştərilərin sayında 21 % artım olub.  2022-ci ilin eyni dövrü ilə müqayisədə bankı seçən biznes sahiblərinin sayı isə ümumilikdə 32 % artıb. Geniş müştəri  bazasına çıxmaqla, biznes kredit portfelinin diversifikasiyası da təmin olunub.
Hesabat dövründə Bankın məcmu kapitalı ötən ilin 2-ci rübü ilə müqayisədə 27 % artaraq, 140 milyon manat olub. Yüksək artım kapital adekvatlılığının yüksəlməsi fonunda baş verib. Belə ki, ötən ilin uyğun dövrü ilə müqayisədə bankın kapital adekvatlılıq əmsalı artaraq, 12,6 % təşkil edib. Bu dövrdə bankın aktivləri də artaraq, 1 milyard 560 milyon manatı ötüb.  
Əmanətlərin həcmi isə 114 milyon manat artaraq, 614 milyon manata çatıb. Cari hesab qalıqlarındakı vəsaitin həcmində isə ötən ilin eyni dövrü ilə müqayisədə 70 %-lik  artım qeydə alınıb.  
2022-ci ilin eyni dövrü ilə müqayisədə bu ilin 1-ci yarımilində Unibank kartları üzrə nağdsız əməliyyatların həcmi 2.6 dəfə artaraq, 4 milyard manata çatıb. Müştərilərin Unibank kartlarına yüksək marağı, ötən ilin eyni dövrü ilə müqayisədə kart sahiblərinin sayında 30 %-i ötən artımla nəticələnib. 
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. 31 ildə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.  
Unibank-Sənin Bankın!

İqtisadiyyat       Tarix: 25 iyul 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xeberler sou xeberler bugun hava haqqinda xeberler bu gun