Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı

Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı"Unibank" KB ASC enerji səmərəliliyinin artırılmasına yönəlmiş təşəbbüslərin dəstəklənməsi istiqamətində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Müqavilə çərçivəsində Unibank müvəkkil kredit təşkilatı qismində Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin təqdim edilməsini həyata keçirəcək.
Sənəd EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və "Unibank" KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov tərəfindən imzalanıb. Əməkdaşlıq çərçivəsində enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditlərin verilməsi, kreditlərin şərtləri, təyinatı üzrə istifadəsinin monitorinqi, geri qaytarılması və hesabatlılıq mexanizmləri müəyyən edilib.
EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov bildirib ki, banklarla əməkdaşlıq nəticəsində Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditlərin verilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, bu kreditlər enerji səmərəliliyi layihələrini həyata keçirənlər üçün əlverişli və faydalı dəstək rolunu oynayacaq.
"Unibank" ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov isə qeyd edib ki, bütün sahələrdə effektivliyin artırılması mühüm əhəmiyyət daşıyır və xüsusilə energetika sahəsində enerji səmərəliliyi aktual istiqamətlərdən biridir. O, "Unibank"ın bu sahədə həyata keçirdiyi layihələrə diqqət çəkərək, qarşılıqlı əməkdaşlığın davamlı inkişafına hazır olduqlarını vurğulayıb.
Bu əməkdaşlıq çərçivəsində enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsi üçün yeni imkanlar formalaşır və dayanıqlı iqtisadi inkişafın təşviqinə mühüm töhfə verilir.
Unibank- Sənin Bankın!
Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladıUnibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladıUnibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı/ azxeber.com

İqtisadiyyat       Tarix: 08 aprel 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xeber son xeberler 2026 xabar az son xeberler bugun 2026 azerbaycan