Unibank ikinci rübün maliyyə nəticələrini açıqladı

Unibank ikinci rübün maliyyə nəticələrini açıqladıUnibank bu gün ölkədə real sektorun maliyyə vəsaiti ilə təmin olunmasında daha çox aktivlik nümayiş etdirən banklardandır. 2024-cü ilin 2-ci rübü ərzində də Bank aktiv kreditləşməni davam etdirərək, ölkə iqtisadiyyatına öz töhfəsini artırıb. 
2023-ci ilin ikinci rübünün nəticələri ilə müqayisədə cari ilin müvafiq dövründə "Unibank"ın ümumi kredit portfelinin həcmi 92 milyon manat çoxalıb. Bu artımda biznes kreditlərinin xüsusi payı var. Bankın yeni strateji hədəflərinə uyğun olaraq, kredit portfelində real sektora verilmiş kreditlərin payının artırılması "Unibank"ın prioritetləri sırasındadır. İlin əvvəlindən etibarən biznes kreditlərinin həcmi ümumi kredit portfelinin tərkibində genişlənməkdə davam edir. 2023-cü ilin ikinci rübünün yekunu ilə müqayisədə biznes kreditlərinin Bankın ümumi kredit portfelində payı 30 iyun 2024-cü il tarixinə 11,5 % artıb. 
Ümumilikdə isə biznes kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq, 378 milyon manatı ötüb. Bank vəsaitləri ilə KOS və Mikro sahibkarlarına verilən işlək kreditlər son bir ildə 32% artıb. 
Unibank regionlarda və ucqar kəndlərdə mikro sahibkarlara müxtəlif sektorlar üzrə kredit əlçatanlığını artırmaqla, ölkədəki inkluziv inkişafa töhfə verməkdədir. Qeyd edək ki, bank tərəfindən verilən mikrokreditlərin 80 %-i məhz regionların payına düşür. 
Real sektorun kreditləşməsində aktivlik, Bankı seçən biznes müştərilərinin statistikasında, aktiv biznes müştərilərinin sayının artmasında da özünü göstərib. Ötən ilin eyni dövrü ilə müqayisədə Unibankı seçən sahibkarların sayında 25%, hüquqi şəxslərin sayında isə 23% artım olub. Son 1 il ərzində Unibankda sahibkarlar tərəfindən açılan onlayn hesablarda 53 %-lik artım qeydə alınıb.
Unibank öz korporativ sosial məsuliyyət strategiyası çərçivəsində qadın sahibkarları dəstəkləməkdə davam edir. Bu sahəyə xüsusi diqqətin nəticəsi olaraq, bank tərəfindən maliyyə vəsaiti ilə təmin olunan qadın sahibkarların sayı ikinci rübün sonuna 5 min nəfəri ötüb. 
Unibank KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov Bank üçün yeni strateji dövrün ilk ili olan 2024-cü ilin birinci yarısında qarşıya qoyulan bir sıra hədəflərə nail olunduğunu bildirib: " Bu, təkcə kəmiyyət və keyfiyyətin yüksəldilməsinin deyil, həm də müştərilərin banka göstərdiyi inamın, etibarın nəticəsidir. Bu ilin ilk yarısının nəticələrini təhlil edərkən, biz yeni strateji dövr üçün qarşıya qoyduğumuz hədəflərin artıq bir hissəsinə çatdığımızı görürük.. Bankın xidmət və məhsullarının rəqəmsallaşdırılması prosesinin bu il ərzində də davam etdirilməsi, müştəri bazasının artımında özünü göstərib. İstər LeoBankın nümunəsində, istərsə də mikro kreditlərin ayrılmasının planşet üsulu ilə həyata keçirilməsi, əvvəllər bank xidmətlərindən kənarda qalan demoqrafik qruplardan daha çox insanın bankla fəal şəkildə qarşılıqlı əlaqə yaratmasına, sadə əməliyyatlardan mürəkkəb maliyyə məhsullarına qədər xidmətlərdən istifadəsinə imkan yaradıb. Bu addımlar bizim strateji baxışımızın əsas prioritetlərindən olan ESİ (Ekologiya, Sosial məsələlər və Korporativ İdarəetmə) standartlarına uyğundur. İnanırıq ki, yeni hədəflərimizə doğru getdiyimiz yolda 2024-cü il Bankımız üçün əhəmiyyətli illərdən biri olacaq"
İlin ilk yarısı nağdsız dövriyyənin ciddi artımı ilə də yadda qalıb. Hesabat dövrünə nağdsız əməliyyatların həcmi isə  41% çoxalaraq,  5,6 milyard manata yaxınlaşıb. 2023-cü ilin eyni dövrü ilə müqayisədə bu ilin 2-ci rübündə Unibank kartları üzrə nağdsız əməliyyatların sayı 51 % artaraq, 165 milyonu ötüb. 
Ötən müddət ərzində "Unibank"ın depozit portfeli də böyüyüb. Ümumi depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 140 milyon manat artaraq, bu ilin ikinci rübünün yekununda 1 milyard 245 milyon manat təşkil edib.
Hesabat dövründə əsas maliyyə göstəricilərində də artım qeydə alınıb. 30 iyun 2024-cü il tarixinə Bankın əməliyyat mənfəəti 35 milyon manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə  22 % artım deməkdir. Hesabat dövrü ərzində Bankın məcmu gəlirləri 20 milyon manat artıb. Bununla da ikinci rübün sonuna faiz və qeyri-faiz gəlirləri 168 milyon manata yüksəlib. Bu artımların fonunda bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 25% artaraq,  11,5 milyon manata yaxınlaşıb.  
Dövr ərzində Bankın kapital mövqeyi xeyli güclənib. Hesabat dövründə Bankın məcmu kapitalı ötən ilin 2-ci rübü ilə müqayisədə 20 %-dən çox artaraq, 168 milyon manat olub. 2024-cü ilin ilk yarısında Bank kapital adekvatlığını yüksəldib. Belə ki, ilin ikinci rübünün sonuna bankın kapital adekvatlıq əmsalı artaraq, 12,8  %-i ötüb. Hesabat dövrünün sonuna bankın aktivləri də artaraq, 1 milyard 683 milyon manat olub. 
Unibank-Sənin Bankın! / azxeber.com

İqtisadiyyat       Tarix: 12 iyul 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma


yeni xeberler azerbaycan xeberleri son xeberler krminal bu gun cəbhədən xəbər valyuta mezenesi ən son xəbər