Unibank müxtəlif nominasiyalar üzrə mükafat alıb
Unibank 2023-cü il ərzindəki fəaliyyətinə görə mükafatlandırılıb. Bank, Azərbaycan Banklar Assosiasiyasının ənənəvi "Bankçılıq Mükafatları – 2023" mükafatının qalibləri siyahısındadır.
Ötən il ölkənin sosial-iqtisadi inkişafına verdiyi dəstəyə və həyata keçirdiyi layihələrə əsasən, "Unibank"ın fəaliyyəti üç nominasiya üzrə dəyərləndirilib. Şəhid ailələri və qazilərlə bağlı həyata keçirdiyi sosial layihələr, ekoloji tədbirlərə görə, Unibank 2023-cü il üçün "Korporativ sosial məsuliyyət" nominasiyasının qalibi olub. İl ərzində müştərilərin maliyyə savadlılığının artırılmasında, ödənişlərin təhlükəsizliyi ilə bağlı reallaşdırılan layihələrin qiymətləndirilməsi zamanı, Bank "Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri" nominasiyası üzrə təltif edilib. Artıq illərdir şəxsi bizneslərin yaradılmasına dəstək sahəsindəki davamlı fəaliyyəti isə "Unibank"ı " Özünüməşğulluq Proqramında iştirak " nominasiyası üzrə qaliblərdən edib.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. Eyni zamada bank xidmətlərinin əlçatanlığını artırmaq üçün 2022-ci ildə Leobank layihəsini bazara təqdim edib. 31 ildən artıq dövrdə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb. Bank haqqında ətraflı səhifəsindən öyrənə bilərsiniz.
Unibank-Sənin Bankın! / azxeber.com

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam