Unibank nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb edib
Unibank beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanınnüfuzlu maliyyə institutu olan AKAAusfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşlığa başlayıb.
azxeber.com xəbər verir ki, bu tərəfdaşlıqçərçivəsində AKA Bank "Unibank"a 1 illik müddətə 5 milyon avro məbləğində kredit xətti ayırıb. Bu əməliyyatda "Unibank"ın məsləhətçisi kimi Quantum International çıxış edib.
Kredit vəsaitləri yerli şirkətlərin beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsi,ixracyönlü fəaliyyətin dəstəklənməsi, yerli sahibkarlığın inkişafı və bankınümumi ticarət əməliyyatlarının gücləndirilməsi məqsədilə istifadə olunacaq. AKABank ilə bu tərəfdaşlıq çərçivəsində Unibank öz müştərilərinə daha rəqabətli vəəlçatan maliyyələşmə imkanları təqdim edəcək.
Unibank KB İdarə Heyətinin sədri Fərid Abuşov bildirib: "AKA Bankilə əməkdaşlığımız "Unibank"ınbeynəlxalq maliyyə institutları ilə strateji tərəfdaşlıqlarının uğurlunümunəsidir və bankımız üçün əhəmiyyətli strateji önəm daşıyır. Bu razılaşmabankımızın beynəlxalq səviyyədə etibarlılığını göstərməklə yanaşı, yerlisahibkarların ixrac potensialına dəstəyimizi də ifadə edir. MəqsədimizAzərbaycan şirkətlərinin yeni bazarlara çıxışını asanlaşdırmaq və sahibkarlığıninkişafına töhfə verməkdir. AKA Bank ilə bu ilk addımın uzunmüddətliəməkdaşlığa çevriləcəyinə inanırıq. Bu əməliyyatın reallaşmasında bizə dəstəkgöstərən Quantum International-a təşəkkür edirik."
AKA Bank-ın CEO-su Mark Vengrzik əlavə edib: "Unibank ilə əməkdaşlığımız bizim üçünstrateji addımdır. Azərbaycan kimi inkişaf edən və perspektivli bir bazaradaxil olmaqdan və bu prosesi Unibank kimi çevik və yerli bazara bağlı birtərəfdaşla həyata keçirməkdən məmnunuq."
Unibank KB haqqında:
"Unibank" KB ASC Azərbaycanın aparıcı kommersiya banklarından biridir. 33ilə yaxın fəaliyyət dövründə Bank həm fiziki şəxslərə, həm də korporativmüştərilərə geniş çeşiddə bank xidmətləri göstərir. Unibank rəqəmsal bankçılıqvə sahibkarlığın dəstəklənməsi sahəsində həyata keçirdiyi layihələrlə tanınır.Bank beynəlxalq tərəfdaşlıqlara açıqdır və xarici maliyyə institutları iləəməkdaşlıq edərək yerli biznes üçün yeni maliyyə imkanları yaradır.
Quantum Internationalhaqqında:
Quantum International investisiyaidarəçiliyi və maliyyə məsləhətçiliyi üzrə fəaliyyət göstərən şirkətdir. Şirkət həm fərdi sərmayəçilərlə, həm də beynəlxalqşirkətlər, dövlət investisiya fondları, birbaşa sərmayə fondları və yüksəkriskli investisiya fondları ilə əməkdaşlıq edir və müxtəlif sahələr üzrə beynəlxalqsəviyyədə fəaliyyət göstərir. QuantumInternational bu razılaşmada maliyyə mexanizmininhazırlanması, danışıqlar prosesinə dəstək və beynəlxalq normalara uyğun icra mərhələsininəlaqələndirilməsi funksiyalarını yerinə yetirib.
AKA Bankhaqqında:
Frankfurtda (Almaniya) yerləşən AKA Ausfuhrkredit-Gesellschaft mbH1952-ci ildən fəaliyyət göstərir, ixrac maliyyələşdirilməsi və risklərin idarəolunması üzrə ixtisaslaşıb. AKA Bank bankların və şirkətlərin xarici bazarlaramaliyyə çıxışını dəstəkləyir və 70-dən çox ölkədə fəaliyyət göstərir. Sonillərdə AKA Almaniyadan kənarda fəaliyyət sahəsini genişləndirərək, Avropaİxrac Kredit Agentlikləri ilə əməkdaşlığını gücləndirib və beynəlxalqbazarlarda iştirakını artırıb.
Turlar.az [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır