Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib
Unibank KB 16–22 mart tarixlərini əhatə edən "Qlobal Pul Həftəsi" (Global Money Week) münasibətilə məktəblilər üçün maarifləndirici tədbir təşkil edib.
azxeber.com xəbər verir ki, tədbirin məqsədi gənc nəslə maliyyə savadlılığının əhəmiyyətini aşılamaq, pulun düzgün idarə olunması və qənaət vərdişlərinin erkən yaşlardan formalaşdırılmasına töhfə vermək olub.
Məktəblilər tədbir zamanı bankın İdarə Heyətinin sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirovla da görüşüblər. O, çıxışında "Qlobal Pul Həftəsi"nin əhəmiyyətini vurğulayaraq, maliyyə savadlılığının erkən yaşlardan formalaşmasının vacibliyini qeyd edib. Bank rəhbəri bildirib ki, bu cür tədbirlər gələcəkdə maliyyə baxımından savadlı, məsuliyyətli və uğurlu vətəndaşların formalaşmasına xidmət edir.
Tədbirin davamında iştirakçılar üçün maliyyə savadlılığı mövzusunda interaktiv təlim keçirilib. Təlim zamanı məktəblilərə pulla düzgün davranış qaydaları, gündəlik xərclərin idarə olunması, qənaət vərdişləri və maliyyə planlaşdırmasının əsasları izah edilib. Eyni zamanda uşaqlar mövzu ilə bağlı müxtəlif tapşırıqlar yerinə yetirərək öyrəndiklərini praktik şəkildə tətbiq etmək imkanı qazanıblar. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Tədbir çərçivəsində məktəblilər bankın müxtəlif departamentləri və filialın fəaliyyəti ilə yaxından tanış olublar.
#GlobalMoneyWeek2026 #GMW2026 #SmartMoneyTalks #MaliyyəSavadlılığı
Unibank- Sənin Bankın!





Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb