Unibank Türkiyəyə 100. 000 manat ianə etdi
Unibank Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək və zəlzələnin fəsadlarının aradan qaldırılmasına kömək məqsədi ilə 100 min manat ianə edib.
azxeber.com xəbər verir ki, vəsait AFAD-ın hesabına köçürülüb. Bundan başqa bank kollektivi də zəlzələdən zərər çəkənlərə ərzaq yardımı göndərilməsi prosesində iştirak edib.
Hər bir vətəndaşımız UBank mobil tətbiqi üzərindən qardaş ölkəyə maddi dəstək göstərə bilər. Bank, zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədi ilə maddi dəstək göstərmək istəyən vətəndaşlarımızın diqqətinə bir daha çatdırır ki, mövcud hesablara ianə məqsədli köçürmələrdən ƏDV tutulmur. Bundan başqa Türkiyəyə dəstək məqsədli pul köçürmələrində xidmətə görə bank komissiyası məbləği və həmçinin köçürmələr zamanı konvertasiya haqqı da bank tərəfindən qarşılanır. İstər hüquqi, istərsə də də fiziki şəxslər ianə köçürmələrini ƏDV tutulması olmadan, xidmət haqqı və konvertasiya komissiyaları ödəmədən, çox rahatlıqla həyata keçirə bilərlər.
UBank vasitəsi ilə isə "Türkiyəyə ianə et" bölümündən Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin hesabına vəsait köçürməklə də, yardım kampaniyasına qoşulmaq mümkündür.

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin